İlin ilk avtoqolu: Qeyri adi antirekord İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Şamaxı”nın futbolçusu Cəlal Hüseynov 2025-ci ilin ilk avtoqolunun müəllifi olub.
İdman.biz xəbər verir ki, o, Misli Premyer Liqasının XIX turunun “Qarabağ”la səfər oyununda (2:3) öz qapısına qol vurub.
Bununla da Cəlal Azərbaycan çempionatlarının 33 illik tarixində yeni antirekord müəllifi olub. O, eyni komandanın heyətində eyni rəqiblə iki fərqli mövsümdə avtoqol edən ilk futbolçudur.
Hüseynov 2022/23 mövsümündə - 2022-ci il oktyabrın 30-da “Şamaxı” – “Qarabağ” görüşündə (0:4) də avtoqol edib.
O, eyni komandaların iki fərqli oyununda öz qapısına qol vuran ümumilikdə 3-cü futbolçudur. Amma digər iki oyunçu bu uğursuzluğu eyni mövsümdə yaşayıb. Jairo Rodriges “Neftçi”nin “Qarabağ”la 2016/17, Murad Xaçayev “Sumqayıt”ın “Sabah”la 2023/24 mövsümündəki iki görüşündə qapıları “səhv salıb”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 19 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















