İlin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlanılacaq
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Füzuli şəhərində növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
"Füzuli şəhərində ilk yaşayış kompleksində hazırda 850 ailə yaşayır. Növbəti iki yaşayış kompleksinin də layihələndirmə işləri yekunlaşmaq üzrədir və hazırda dövlət ekspertiza mərhələsindədir. Sentyabr-oktyabr aylarında dövlət satınalmalar proseduru çərçivəsində tenderə çıxarılması gözlənilir. Bunun da nəticəsində biz ilin sonuna qədər Füzuli şəhərində növbəti yaşayış kompleksinin tikintisinə başlayacağıq", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















