Icma.az
close
up
RU
İlk beşlik də kimlərin mübarizə aparacağını müəyyənləşdirmək mümkündür Arif Əsədov

İlk beşlik də kimlərin mübarizə aparacağını müəyyənləşdirmək mümkündür Arif Əsədov

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən Misli Premyer Liqasının 6-cı turuna yekun vurulub.

Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb liqadakı matçlar və komandalar barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə olub:

"Qəbələ" – "Neftçi" oyununda birincilər öz evində oynayırdı. Düzdür, yeni baş məşqçinin təyinatı rəsmiləşməsə də, o, oyunu kənardan izləyirdi. İlk hissədə komandada bir istəyin olduğu hiss olunurdu. Yəni "Neftçi"yə qarşı yaxşı müqavimət göstərirdilər. Lakin ikinci hissədə "Neftçi"nin oyunçu ustalığı öz sözünü dedi. "Ağ-qaralar"a bu oyunda qələbə qazanmaq çox vacib idi. Çünki hər iki komanda turnir cədvəlində tamamilə fərqli strateji məqsədlər güdür. "Neftçi" çempionluq uğrunda mübarizə aparırsa, bu cür oyunlarda xal itirməməlidir. Burada nəticə önəmlidir və onlar istədikləri 3 xalı qazandılar. "Qəbələ"yə gəldikdə isə görünən odur ki, yeni baş məşqçi də üzərində işlənilməli çoxlu məqamların olduğunu gördü. Bu baxımdan, yaranan fasilə onların xeyrinə ola bilər".

"Qarabağ" - "Şəfa" matçına gəlincə, Ağdam təmsilçisi də çempionluğa oynayır. Lakin "Qarabağ"da yenilənmə prosesi gedir. Bu da oyunda öz sözünü deyir. Ərazi üstünlüyü "köhlənlər"də olsa belə, xətlər arasında əlaqələr tam formalaşmayıb. Bu isə qol vurmaqda çətinlik yaradır. "Şəfa" yaxşı mübarizə apardı. Bir-iki epizodları da oldu. "Qarabağ" mümkün 3 xalını qazandı".

Daha sonra "Turan Tovuz" və "Zirə" matçı ən maraqlı oyunlardan biri idi. Hər iki komandanın məqsədi çempionluq və Avropa Liqasında mübarizə aparmaqdır. Hər iki tərəf qol buraxmamağa çalışırdı. Hücumdan çox müdafiəyə diqqət edirdi. Sonda buraxılan qol "Zirə"nin bütün planlarını pozdu. Bu matçı ev sahibləri üçün 6 xallıq oyun kimi dəyərləndirmək olar".

"Sabah" - "İmişli" matçında favorit ötən ilin çempionu idi. "Sabah" yaxşı formadadır. Qələbə qazanacağı da şübhə doğurmurdu. "İmişli" yaxşı müqavimət göstərdi. "Sabah" isə layiqli qələbəsini qazandı".

Digər bir matç "Şamaxı" və "Araz-Naxçıvan" arasında keçdi. Hər iki tərəf turnir cədvəlinin ortaları üçün mübarizə aparır. "Şamaxı"da Azər Bağırovun gəlişindən sonra oyun planında dəyişikliklər olub. Komanda getdikcə, öz stabilliyini tapır. "Araz-Naxçıvan"da isə bu əksinədir. Hələ oyun üslubuna öyrəşə bilməyiblər. "Şamaxı" vacib 3 xal qazandı".

"Turun son matçı "Kəpəz" və "Sumqayıt" arasında baş tutdu. Hər iki tərəf Premyer Liqada qalmaq üçün mübarizə aparır. Maraqlı görüş oldu. Sonda ədalətli heç-heçə oldu".

"Hal-hazırda komandalar fasiləyə yollandılar. Bu fasilə bəzi komandalara formalaşmaq və heyəti qaydaya qoymaq baxımından mütləq lazımdır və onlar bundan istifadə edəcəklər. Təbii ki, bu fasilə futbolçuları milli komandaya gedən klublara da müəyyən dərəcədə təsir göstərəcək.   Lakin turnir cədvəlinə baxsaq, artıq ilk beşlikdə kimlərin mübarizə aparacağını müəyyənləşdirmək mümkündür. Buraya "Sabah", "Qarabağ", "Neftçi", "Zirə" və "Turan" komandalarını aid etmək olar. Qalan komandalar isə Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparan ortabab komandalar kimi görünürlər. Bu baxımdan, çempionatda qalmaq uğrunda tam olaraq kimlərin mübarizə aparacağını indiki durumda dəqiq demək bir qədər çətindir, lakin ilk beşliyi müəyyən etmək artıq çətin deyil. Bütün klublara həmçinin milli komandamıza da uğurlar arzulayıram".

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Sentyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri