Icma.az
close
up
RU
İlk dəfə Təbiətin Dostları Festivalı keçirilib

İlk dəfə Təbiətin Dostları Festivalı keçirilib

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı ilə ölkədə ilk dəfə “Təbiətin Dostları Festival”ı təşkil olunub. Tədbirdə 20 autizm spektr pozuntusu olan uşaq və onların valideynləri iştirak ediblər. 
Modern.az xəbər verir ki, “Təbiətin Dostları Festivalı” layihəsinin əsas məqsədi uşaqların sosial, emosional və zehni inkişafına dəstək göstərməkdir. 
Təbiət mühitində təşkil olunan tədbirdə uşaqlar valideynləri ilə birlikdə müxtəlif ekoloji fəaliyyətlərə cəlb olunublar. Onlara heyvanlara, quşlara, ümumilikdə ətraf mühitə qayğı və sevgi göstərmək aşılanıb. Sonra uşaqlar quş və heyvanlar üçün evciklər quraşdırıb, rəngləyərək təbiətə hədiyyə ediblər. 
Layihənin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva bildirib ki, ümumilikdə, əlilliyi olan uşaqlarla həyata keçirilən bu kimi fəaliyyətlər onların ünsiyyət bacarıqlarının inkişafına, diqqət və müşahidə qabiliyyətinin güclənməsinə, eyni zamanda cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir.
"“Təbiətin Dostları” Festivalının fəsillər üzrə davamlı şəkildə, bölgələrdə də keçirilməsi planlaşdırılır. Əsas hədəf həssas qrupdan olan uşaqlarda empatiya, məsuliyyət və təbiətə sevgi hissinin formalaşdırmaqdır. Festival eyni zamanda valideynlər və cəmiyyət üçün maarifləndirici rol oynayır, belə uşaqlara qarşı daha həssas və dəstəkləyici sosial mühitin formalaşmasına xidmət edir”, - E.Dərziyeva əlavə edib.
Tədbir çərçivəsində, açıq səma altında, çəmənlik ərazidə Yoqa festivalı da təşkil olunub. Yoqaçı İlhamə Şirinova əlilliyi olan uşağlara və analara təlim keçib. Onlara təbiəti sevmək, onunla mərhəmətli davranmağı aşılayıb.  
Sonra şair, qiraət ustası Səbuhi Zamanın aparıcılığı ilə konsert proqramı təşkil olunub. Autizm spektr pozuntulu uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Şeir deyib, müxtəlif çalğı alətlərində musiqilər ifa edib, oxuyub, oynayıblar. 
Daha sonra uşaqlar təbiəti özündə əks etdirən çərpələngləri və sülhün, sevginin rəmzi olan ağ göyərçinləri səmaya uçurublar. Valideynlər onlara belə xoşbəxt günü yaşadan tədbir təşkilatçılarına minnətdarlıqlarını bildirblər.    


 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyun 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri