Icma.az
close
up
RU
İlk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklif etdi POLİTOLOQ ŞƏRH ETDİ

İlk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklif etdi POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Məlumdur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mətni ilə bağlı əldə edilən razılaşma sırf Azərbaycanın təşəbbüsü və qətiyyəti sayəsində mümkün olub. Bu razılşama rəsmi Bakının davamlı təzyiqi nəticəsində əldə edilən razılaşmadır. Yəni ilk gündən etibarən Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişi təklifi ilə çıxış etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistanın bütün sülhdən yayınma cəhdlərinə baxmayaraq, Azərbaycan həmin sazişdəki müddəalarla bağlı Ermənistan tərəfinin yekunda müsbət cavab verməsinə nail oldu: "Bu, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməsindən və ədalətli mövqeyindən irəli gəldi. Nə Ermənistan, nə onların havadarları Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərində kiminsə maraqlarının tapdanmasına, hansısa hüquq normasının pozulmasına rast gələ bilmədilər. Bu səbəbdən beynəlxalq miqyasda da bu təkliflərin əleyhinə hər hansı bir kampaniya aparmaq imkanında olmadılar. Nəticədə Azərbaycan və Ermənistan tərəfindən məlum sülh sazişinin mətni razılaşdırıldı.

Amma sülh sazişinin mətni ilə bağlı razılşmanın olması sülh sazişinin imzlanlanması üçün yetərli deyil. Bunun üçün Azərbaycanın irəlis ürdüyü şərtlərin öz həllinin tapması lazımdır. Çünki bu şərtlərin hər ikisi kifayət qədər ədalətli şərtlərdir. Xüsusən də Konstitusiya ilə bağlı Azərbaycanın tələbi başqa hər hansı bir formada şərh oluna bilməyən tələbdir. Çünki əgər bir ölkənin ana qanununda başqa bir ölkəyə qarşı ərazi iddiaları öz əksini tapıbsa, nəticə etibarı ilə Ermənistan hakimiyyətinin, Konstitusiya Məhkəməsinin nə deməsindən asılı olmayaraq, onların Azərbaycanın ərazi bütövlüyünü tanımaları ilə bağlı bəyanatları quru açıqlamadan başqa bir şey deyil. Çünki sabah Konstitusiya Məhkəməsinin hakimləri dəyişsə fərqli yanaşma olacaq. Kim zəmanət verə bilər ki, bu belə ola bilməyəcək? Çox rahat şəkildə sülh sazişindən imtina edib bunun Konstitusiyaya uyğun gəlmədiyini deyə bilərlər. O üzdən, Konstitusiyanın dəyişdirilməsi mütləqdir və başqa yol yoxdur.

Minsk qrupundan imtina da əsaslandırılmış tələbdir. Çünki münaqişə bitib. Münaqişə yoxdursa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o zaman Minsk qrupuna nə ehtiyac var? Üstəlik, artıq bütün danışıqların ikitərəfli formatda aparıldığı bir şəraitdə belə bir quruma heç bir ehtiyac yoxdur.

Bu baxımdan hesab edirəm ki, İrəvanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu yoxdur. Amma indiki halda Paşinyanın Konstitusiya dəyişikliyi üçün referendum keçirməsi ehtimalı da yoxdur. Məlumdur ki, Ermənistan 2026-cı ildə keçirilməsi nəzərdə tutulan seçkilərə hazırlaşır. Belə olan halda indi Konstitusiya dəyişikliyinə gedib ilin sonuna qədər sülh sazişin imzlanması mümkünsüz görünür. İndi Azərbaycan və Ermənistan arasında ən yaxşı halda özündə Ermənistanın Konstitusiya dəyişikliyi və Minsk Qrupundan imtina öhdəliyini ifadə edən hansısa çərçivə sənədi və ya niyyət protokolu imzalana bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri