Icma.az
close
up
RU
İlk Məclisi məbusanının üzvü Qərib yüzbaşı İmran Verdiyev yazır

İlk Məclisi məbusanının üzvü Qərib yüzbaşı İmran Verdiyev yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İmran VERDİYEV
Əməkdar müəllim 

Dövlət Arxivində onun deputat anketi saxlanılır. Orada Qərib Yüzbaşının müxtəsər tərcümeyi-halı barədə qısaca olaraq qeyd edilib ki, o, "...Çalışqanlığı sayəsində mənsub olduğu camaatın hüsnü təvəccöhünü qazanmış olduğundan, bir çox ictimai xidmətlərdə bulunmuş və bilaxərən intixab olunaraq Məclisi-məbusana üzv təyin olunmuşdur".

Bəs kim olub Qərib yüzbaşı. Vətən və xalq üçün nə iş görub? Hansı işin sahibi idi, hansı ictimai-siyasi fəaliyyətlə məşğul olub? Qərib yüzbaşının həyat və fəaliyyətinin öyrənilməsində filologiya üzrə fəlsəfə doktoru, professor hörmətli Ə.Tahirzadənin böyük zəhməti olub.

Rəsmi sənədlərdə yüzbaşının adı və soyadı iki cür göstərilir: "Qərib Kərim oğlu" və "Qərib Kərimov". Qərib Məmmədkərim oğlu 1870-ci ildə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində çox yoxsul bir ailədə dünyaya gəlib. Mədrəsə təhsili almışdır. 1912-ci ildə qardaşı ilə birgə iş tapmaq məqsədi ilə rayonun Padar kəndinə köçüb. Qardaşı qonaqlıq zamanı ev sahibinə atılan güllənin qurbanı olub və dünyasını dəyişib.

Padara bir mis kasa ilə gələn Qərib coşqun təbiətli, enerjili və hədsiz əməksevər, daim yeniliyə can atan adam olub. Əkinçilik, meyvəçilik və heyvandarlıqla məşğul olmaq onun ən sevimli işləri olub. Qısa müddət ərzində biliyi, əməksevərliyi və işgüzarlığı sayəsində böyük var-dövlət, mal-mülk sahibi olub. O deyirdi ki, "torpaq sənin, mənim, onun deyil, torpaq bu xalqındır, onu əkib-becərənindir". 

Rayonda ilk Avropa və Amerika texnikasını istifadəyə verən də o olub. Qərib Kərimovun deputat (məbus) anketində o da qeyd edilib ki, "Əkinçiliyə olan istedad və həvəsindən dolayı, Şəki qəzasında son ixtira olunan ziraət makinəsini (kənd təsərrüfatı texnikasını) ilk əvvəl istemal edən (işlədən) və xalqa lüzumunu anladan iş bu zatdır..." Onun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan Azərbaycana ilk dəfə taxıldöyən maşın gətirilmişdir (Həmin texnika hələ də qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır). Onun təşəbbüsü ilə həm də rayona müxtəlif çeşidlərdə fərqli alma növləri, eləcə də digər kənd təsərrüfatı bitkiləri gətirilib və becərilib.

Təbiətcə çox əliaçıq adam olan Qərib Məhəmmədkərim oğlu özü də yoxsulluğun amansız üzünü gördüyündən kasıbların pənahı olub. O, söyləyirdi ki, "pul qazanmaq mənə çox asandır, ancaq insanlıq heç zaman pulla alınmır".  O, qapısına borca gələn kimsəni əliboş qaytarmazdı. Həm də bu zaman insanlar arasında millət fərqi qoymazdı; müsəlmanlarla yanaşı, Oğuzun udi və yəhudi camaatını da aclıqdan qurtarmış, taxıl anbarlarının qapılarını onların da üzünə açmışdı. Buna görə də bütün yerli camaat ona hədsiz hörmət bəsləyirdi. Hətta bir dəfə qaçaqlar onun faytonunun qabağını kəssələr də, içindəkinin Qərib yüzbaşı olduğunu biləndə böyük hörmətlə yola salmışdılar.

Qərib Yüzbaşı dövrünün çox varlı və nüfuzlu şəxslərindən biri olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınmış, Şəki qəzasının Vartaşen nahiyəsində (o cümlədən öz kəndlərində) su dəyirmanları, məscidlər və xəstəxana  tikdirmişdir.

Araşdırmalar onun həm də Rusiya İmperator Ordusunun və 1917-ci ilədək Padar kəndinin yüzbaşısı olduğunu göstərir. Ona görə də həmkəndliləri onu sadəcə "Qərib yüzbaşı" adlandırırdılar.

Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Qərib Məhəmmədkərim oğlu Şəki qəzasının Vartaşen nahiyəsində İcraiyyə Komitəsinin sədri idi. O, bu vəzifəyə 1917-ci ildə baş vermiş fevral inqilabından sonra seçilmişdi.

Qərib yüzbaşı 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının (parlamentinin) üzvü, görkəmli ictimai xadim, parlamentin işində müntəzəm və fəal çalışan deputatlardan olub. 

O, parlamentdə "Əhrar" partiyasını təmsil etmişdir. Parlamanın 24 aprel 1919-cu il tarixli iclasının stenoqramında yazılırdı: "İclasın sədri Həsən bəy Ağayev bildirir ki, torpaq komissiyası 3 dəfə yığışmadığına görə buraxılır və onun yeni heyəti seçilməlidir. Həsən bəyin təklifi ilə partiyalar bu komissiyaya öz namizədlərini verirlər. Seçilmək üçün hər deputat 42 səsdən ən azı 22-sini yığmalıydı. Keçirilmiş gizli seçkinin nəticələrini Abbasqulu Kazımzadə açıqlayır: 26 səs toplamış Qərib Kərimov ən çox səs yığmış Məhəmməd Əmin Rəsulzadə, Aslan bəy Qardaşov, Cavad bəy Məlikyeqanov, Əliheydər Qarayev, Heybətqulu Məhəmmədbəyov və b. ilə birgə torpaq komissiyasına üzv seçilib. Bu seçkidə ən çox səs toplayan həmin 7 nəfər Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə həm də fəhlə komissiyasına üzv olur. Beləliklə, Qərib Məhəmmədkərim oğlu parlamentin iki mühüm komissiyasına (torpaq və fəhlə komissiyalarına) eyni zamanda üzv seçilib".

1918-ci ildə ermənilərin azərbaycanlıları toplu şəkildə qətlə yetirdiyi vaxtda köməyə gələn Türk ordusunun Oğuz bölgəsindəki bölməsinə rəhbərlik edən Abdulla Paşa Qərib yüzbaşının evində qalmışdı. Bu gün də Padar kəndinin sakinlərinin dilində dolaşan bir rəvayətdə deyilir ki, "Qərib yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin. Yüzbaşı tapşırığa əməl edir, türk əsgərlərini qarşılayıb onları özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər Padarın və qonşu kəndlərin əhalisini erməni quldurlarından qoruyurdular. Türk əsgərlərinə göstərdiyi diqqət və qayğıya görə qəzəblənən ermənilər Qərib yüzbaşını oğurlamaq üçün tələ qurur və gecə onun yaşadığı evə basqın edirlər. Əsgərlərlə basqın edən ermənilər arasında qanlı savaş olur. Hazırda kəndin "Erməni çökəyi" adlanan yerində türk əsgərləri ermənilərin hamısını məhv edirlər. Hadisə yerinə gələn Qərib yüzbaşı əsgərlərə tapşırır ki, ermənilərin üstünü torpaqla örtüb dəfn etsinlər".

Hökumət sovetləşdikdən sonra o, mülkünü və texnikasını könüllü olaraq kolxoza təhvil verib. Amma kommunistlərin qanlı ağalığı illərində Qərib Məhəmmədkərim oğlu da başqa parlament üzvləri kimi təqib olunub və incidilib. Ancaq onu həbs etməyi hətta "NKVD" cəlladları da bacarmayıblar! Nəvəsi Almaz xanım danışır ki, sovet çağında babamı tutmaq üçün Padara adamlar göndərilib. Xəbər ildırım sürəti ilə bölgəyə yayılıb. Vartaşenın özündə və nahiyənin əksər kəndlərində bunu eşidən yüzlərlə insan pay-piyada, ayaqyalın-başıaçıq Padara yol alıb. Özümüzünkülərlə - müsəlmanlarla yanaşı, başqa millətlərin nümayəndələri, xüsusən Vartaşen yəhudiləri də sinələrini qabağa verərək onu silahlılardan qoruyublar. 18 kilometr yolu piyada gəlmiş yəhudilər birağızdan deyiblər ki, aclıq vaxtında bu kişi bizi qırılmaqdan qurtarıb, indi də biz onu heç kəsin əlinə vermərik! Nahiyədən gəlmiş bütün adamlar Qərib yüzbaşının həyətinin ətrafına canlı çəpər çəkib və silahlıların içəri girməsinə imkan verməyiblər. Xüsusən başqa millətlərin də bu "müsavatçı", "istismarçı" və "qolçomağı" belə qətiyyətlə müdafiə etməsi bolşevikləri əməlli-başlı çaşdırıb və onlar əliboş geri qayıtmalı olublar.

Qərib yüzbaşı vur-tut 56 il yaşayıb, 1926-cı ildə vəfat etmişdir. Onun Padar kəndinin mərkəzindəki kiçik qəbiristanlıqda olan və çay daşından hazırlanmış başdaşında da oyma üsulu ilə ərəbcə yazıb ki, o, 2 rəbiüs-sani 1345-cü ildə cümə günü (miladi tarixlə 9 oktyabr 1926-cı ildə) vəfat edib (AXC-nin 100 illiyi ərəfəsində məzar abadlaşdırılmış və ziyarətçiləri məlumatlandırmaq üçün lövhə qoyulub).

Vaxtilə Qərib Məhəmmədkərim oğlu Şəkinin ən varlı adamlarından olan iki qardaşla: Məşədi Cabbar və Məşədi Xəlil Həsən oğlu Dadanovlarla çox yaxın dostluq edib. Görünür, bu dostluğu əbədiləşdirməyə çalışan oğlu Hümmət həkim atasının vəfatından 2 il sonra - 1928-ci ildə Məşədi Cabbar Dadanovun qızı Lətafət xanımla ailə qurub.

Qərib yüzbaşının oğlu Hümmət Kərimovdan söz düşmüşkən bildirək ki, o, Tiflisdə gimnaziyanı uğurla bitirərək yeni açılmış Bakı Universitetinin tibb fakültəsinə qəbul olmuş, adı 1925-ci ildə həmin fakültənin ilk buraxılışının məzunları sırasında olmuşdu. O, Şəki qəzasının ilk alitəhsilli həkimlərindən olub. Təyinatla öz kəndlərinə - Padara həkim göndərilmiş, atasının tikdirdiyi xəstəxanada işləmişdir. Burada işlədiyi dövrdə Hümmət həkim yenə atasının tikdirdiyi məscidi təmir etdiyi üçün həbs olunaraq iki il Bayıl həbsxanasında cəza çəkmişdir, məscid isə yandırılmışdır. Sonralar Hümmət həkim Göyçay və Qəbələdə həkim kimi fəaliyyətini davam etdirmiş, 1946-cı ildə müalicə üçün getdiyi Moskva şəhərində vəfat etmişdir.

Qərib yüzbaşının və oğlu - Azərbaycanın özünün yetişdirdiyi ilk alitəhsilli həkimlərindən biri olan H.Kərimovun unudulmaz xatirəsi indi də qədirbilən soydaşlarının yaddaşında yaşamaqdadır.

Yazımızı maraqlı bir hadisəni xatırlatmaqla bitiririk. 2012-ci ildə İsveçrə bankından Padar (Oğuz rayonu) kəndinə Qərib yüzbaşının ora 100 il öncə pul (yaxud qızıl) yatırdığı və faizlə birgə hesabına küllü miqdarda pul yığıldığı barədə məktub gəlmişdi. Bu da onun müstəqil Azərbaycanın gələcək nəsillərinə töhfəsi sayıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see199

Tokayevdən rüsumların tətbiqi ilə bağlı Trampa CAVAB

10 İyul 2025 13:13see165

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see148

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see125

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see124

Afranı Saraçoğlunu seriala çəkmək baha başa gəldi

10 İyul 2025 13:28see123

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see122

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see122

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see119

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see119

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see118

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see116

Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

10 İyul 2025 14:12see115

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see115

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see112

Rza Cəfərovun “Dinamo”ya keçidi baş tutmadı EKSKLÜZİV

10 İyul 2025 10:02see112

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see111

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see111

Ayın uzaq tərəfinin sirri açıldı Trilyon atom bombasının...

10 İyul 2025 20:44see109

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri