Icma.az
close
up
RU
İlk ordu generalımız

İlk ordu generalımız

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səməd bəy Mehmandarovun anım günüdür

Dövlətçilik tariximizdə mühüm rola malik şəxslərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından biri, müdafiə naziri, tam artilleriya generalı Səməd Bəy Mehmandarov olub. Onun həyat və fəaliyyəti bu gün Silahlı Qüvvələrimizin gənc zabitləri və qulluqçuları üçün böyük nümunədir. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti və ən əsası dövlətimizin müstəqilliyinə sədaqəti bütün şəraitlərdə öz təsdiqini tapıb. Bu gün görkəmli hərbi xadim, tam artilleriya generalının vəfatından 94 il ötür.

Əslən şuşalı olan Səməd bəy ilk təhsilini Bakıda Gimnaziyada aldıqdan sonra Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olur. Orduda göstərdiyi üstün xidmətlərə görə o, 1890-cı ildə kapitan,1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alır. Rus-Yapon müharibəsində göstərdiyi şücaətə görə Səməd bəy 1908-ci ildə tam artilleriya generalı rütbəsinə qədər yüksəlir.

Soyuqqanlı və qorxmaz...

Deyilənə görə, o, ən qorxunc döyüşlərdə də soyuqqanlılığını qoruyub saxlamağı bacarırmış. Qorxmazlığı dillər əzbəri olub. Mehmandarov ədalətli və düzgün adamları qiymətləndirər, yalançılara, saxtakarlara qarşı amansız olarmış. Ona görə də tabeçiliyində olanlar ondan çəkinər, ancaq onu sevər, ona inanarmışlar.

Öz dilində salamlaşma

Hərbi nazir olan kimi Səməd bəy Mehmandarov 1918-ci ilin dekabrında hərbi salamlaşma haqda əmr verir: “...Əsgərlərin Azərbaycan türkcəsində salamlaşması - bir sözlə, - “Salam”, cavabının isə “Əleyküm salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: “Mərhaba!”, əsgər cavab verməlidir: “Çox sağ ol!”.

40 minlik ordu quruldu

İl yarım ərzində silahdaşı və dostu Əliağa Şıxlinski ilə 40 minlik ordu yaradan Səməd bəy Mehmandarov “yuxudan yenicə oyanmış xalqda sağlam milli hiss oyatmalıyıq” deyirdi və bunu mübarizə tədbirlərindən biri hesab edirdi: “Biz həmişə boyunduruq altında olmamışıq”- deyib əsgərləri ruhlandırırdı.

İşğalçı ölkənin ordeni mənə gərək deyil!

Bu sözlər də Səməd bəy Mehmandarovundur. 1918-ci ilin noyabrında general Tomsonun başçılığı ilə Bakıya soxulan ingilis ordusunun ağalığına etiraz kimi səslənib. Səməd bəy Birinci Dünya savaşında ingilis komandanlığının ona verdiyi bütün ordenləri geri qaytarıb və deyib: “Torpağımı və xalqımı fəth edən ikiüzlü bir ölkənin ordeni mənə gərək deyil!”.

Heç yerə gedəsi deyilik...

Öz millətinin ordusunun komandanı olmaq xoşbəxtliyi cəmi ilyarım sürdü. Aprelin 27-də parlamentin son iclasından qayıdan Səməd bəy Mehmandarov ailəsinin çamadanları hazırlayıb yola çıxmaq istədiyini görüb dedi: “Boşaldın, heç yerə gedəsi deyilik. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”.

Yüz manatlıq pensiya

Sonrakı illər Səməd bəy Mehmandarov Azərbaycan Hərbi məktəbində topçuluqdan dərs deməyə başlayır. Bolşeviklərə hərbi sahəni bilən mütəxəssislər də lazım idi. O, mühazirəni rusca, Ə.Şıxlinski isə öz dilimizdə oxuyurmuş. Bu iki ayrılmaz dost hətta Bakı Qarnizonu Hərbi-Elmi Cəmiyyətini də yaratmışdı.

Səməd bəy Mehmandarov 1928-ci ildə səhhətinə görə istefaya çıxır. Ona yüz manat pensiya kəsirlər...

General 1931-ci il fevralın 12-də Bakıda vəfat edir. Onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər. Mehmandarovun həyat yoldaşı ərinin ölümündən sonra oğlunu da götürüb Sankt-Peterburqa köçür. 1937-də onları Saratova, 1941-də isə Sibirə sürgün edirlər. Xanım faşistlərin partlatdıqları qatarda həlak olur. Oğlu isə sağ qalır və sürgün həyatına davam edir...

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2025 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1035

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see434

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see341

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see338

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see240

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see232

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see224

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see209

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see196

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see187

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri