Icma.az
close
up
RU
İlk qadın kooperativinin sədri: Məqsədimiz yerli istehsalçıların məhsullarını dünya bazarlarına çıxarmaqdır

İlk qadın kooperativinin sədri: Məqsədimiz yerli istehsalçıların məhsullarını dünya bazarlarına çıxarmaqdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Zaqatala, 19 noyabr, Rasim İslamoğlu, AZƏRTAC

Azərbaycan xanımları tarix boyu bütün sahələrdə öz cəsarəti, əməksevərliyi və işgüzarlığı ilə seçilib. Belə fədakar, işgüzar xanımlar bölgələrdə də az deyil. AZƏRTAC-ın bölgə müxbiri 19 Noyabr - Dünya Qadın Sahibkarlığı Günü ilə əlaqədar Zaqataladan olan işgüzar xanım Səadət Dibirova ilə görüşüb.

İxtisasca pedaqoq olan Səadət Dibirova sadə, zəhmətkeş ailədə dünyaya gəlib. Gəlin köçdüyü ailə də maddi gəlirlərini təsərrüfatdan təmin etdiyindən o, bu işlərə tez alışıb. İki övlad anası Səadət Dibirova onlara ali təhsil verib, həmçinin cəmiyyətdə layiqli vətəndaş kimi yetişməsi üçün səy və bacarığını əsirgəmir.

Beş il əvvəl Azərbaycan Kənd Qadınları Assosiasiyası tərəfindən icra olunan layihələrə qoşulan Səadət xanım təşkil edilən seminar və görüşlərdə fəallığı ilə seçilib. Bir müddət sonra “Çinar” qadın qrupunu yaradaraq, onun rəhbəri kimi Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Kənd Qadınları Assosiasiyasının birgə təşkil etdiyi festival və yarmarkalara istehsal etdikləri müxtəlif təbii məhsullarla qatılır. Əldə olunan gəlirlər qrup üzvləri arasında bölünməklə yanaşı, həm də gələcək planlar haqqında düşünülür.

Qadın sahibkar daha böyük hədəflərə nail olmaq üçün dünya təcrübəsindən də faydalanır. İstehsal etdikləri məhsullara artan tələbatı nəzərə alaraq, digər işgüzar xanımlarla kooperativ halında birləşib və növbəti hədəflərə çatmağı qarşıya məqsəd qoyub. Beləcə, Səadət Dibirova ölkəmizdə ilk qadın kooperativinin təsisçisi kimi fəaliyyət istiqamətlərini genişləndirməyi planlaşdırır.

İşgüzar xanım artıq bir müddətdir bütün diqqət və səyini biznes sahəsinin inkişafına yönəldib. Bizi təsərrüfatında qarşılayan Səadət xanım bildirir ki, onun hər iş günü səhərin erkən saatlarından başlayır. Belə ki, səhər saat 8-ə kimi evin işlərini görür, günorta yeməyini hazırlayır.

“Bəs iş gününüz necə və haradan başlayır?” - deyə, sual etdikdə Səadət xanım bir an tərəddüd etmədən bizi ailənin ilk gəlir mənbəyi olan fındıq bağlarına dəvət edir. Deyir ki, imkan daxilində bu bağa tez-tez baş çəkir. Çünki bu bağın ərsəyə gəlməsində onun zəhməti az olmayıb. Əlində tutduğu pöhrələri göstərərək bildirir ki, 20 il əvvəl çaylaqda fındıq tinglərini əkəndə çoxları inanmayıb ki, onlar yetişəcək. Həmsöhbətimiz gecə-gündüz tinglərin qayğısına qalıb, suyunu bol edib, təbii gübrəsini vaxtında verib. Beləliklə, gələcək biznesinin təməlini qoymuş olub.

Fındıq bağını gəzib, ağacların vəziyyəti ilə tanış olandan, budanma dövrünün yetişdiyini dəqiqləşdirəndən sonra igüzar xanım bizi başqa bir təsərrüfata dəvət edir. Burada isə xurma bağı yerləşir. Yeri gəlmişkən, Səadət xanımdan öyrənirik ki, bu gün kooperativ üzvlərinin 20 hektardan çox bar verən xurma bağı var. Bu da onların gələcək biznes planlarının inkişafında mühüm rol oynaya bilər.

Sonra istehsalat sahəsinə yollanırıq. Öyrənirik ki, o, təsərrüfatında meyvələri qurutmaq üçün yeni qurutma müəssisəsi inşa edir. İştirak etdiyi layihələrdən uğurla keçən və ən müasir avadanlıqlar qazanan işgüzar xanım təmir işlərinin qarşıdakı aylarda başa çatacağını, müasir qurutma sexinin istifadəyə veriləcəyini bildirir. Bu isə kooperativ üzvlərinə imkan verəcək ki, onlar istehsal sahəsini genişləndirsin, daha çox məhsul hazırlayaraq bazarlara çıxarsınlar.

Həmsöhbətimiz həm də ailəsinə vaxt ayırır, açdığı süfrəni təbii meyvələrlə, özünün hazırladığı şirniyyatlarla bəzəyir.

Söhbət zamanı öyrənirik ki, işgüzar xanım həm də xaricdəki həmkarları ilə təcrübə mübadiləsi etməkdən, öyrənməkdən zövq alır. Bu il, o, Türkiyə, Özbəkistan və Gürcüstanda işgüzar səfərdə olub, həmkarları ilə görüşərək fikir və təcrübə mübadiləsi aparıb. Bildirir ki, qarşıdakı aylarda Azərbaycan Kənd Qadınları Assosiasiyası və Kənd Təsərrüfatı Nazirliyi bir sıra yarmarka və festivallar təşkil edəcək. Bu səbəbdən “Çinar” Qadın Kooperativinin hazırladığı mürəbbələri, sirkələri, meyvə qruları və konfetləri nümayiş etdirmək üçün indidən ciddi hazırlıq işlərinə başlayıblar.

Onu da qeyd edək ki, sahibkar qadının əməyi Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarının diqqətindədir. 15 Oktyabr - Beynəlxalq Kənd Qadınları Günü münasibətilə “Çinar” qrupunun rəhbəri “Təşəkkürnamə” ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri