Icma.az
close
up
RU
Rüstəm Tahirov: Məqsədimiz gələn ildən etibarən islam bankçılığı məhsullarını Azərbaycanda bazara çıxarmaqdır

Rüstəm Tahirov: Məqsədimiz gələn ildən etibarən islam bankçılığı məhsullarını Azərbaycanda bazara çıxarmaqdır

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra, banklar müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlaya biləcəklər. Məqsədimiz gələn ildən etibarən islam bankçılığı məhsullarını Azərbaycanda bazara çıxarmaqdır".

Oxu.Az bunu Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumunda "İnkişaf etməkdə olan bazarlarda islam maliyyəsi üçün rəqabətli mühitin yaradılması: Müxtəlif regionlardan təcrübələr və öyrənilmiş dərslər" mövzusunda aparılan panel müzakirəsində deyib.

Rüstəm Tahirov qeyd edib ki, digər ölkələrin - Malayziya, Türkiyə, Pakistan və başqalarının təcrübəsinə baxdıqda, onların son onilliklərdə nə qədər böyük irəliləyiş əldə etdiyini görmək mümkündür:

"Hazırda bu ölkələrdə islam maliyyəsi maliyyə sisteminin mühüm hissəsinə çevrilib.

Digər tərəfdən, MDB ölkələrində bu sahə hələlik ümumi maliyyə sektorunda ciddi paya malik deyil. Bu səbəbdən, biz həmin təcrübələri öyrənərək, Azərbaycan üçün özünəməxsus və təhlükəsiz inkişaf modeli müəyyənləşdirmişik.

Beynəlxalq təcrübəni nəzərə alaraq, biz təhlükəsiz və mərhələli yanaşma seçmişik. Bu, ənənəvi banklarda "İslam pəncərəsi" modeli vasitəsilə ilkin islam bankçılığı məhsullarının tətbiqindən başlayır. Bu model bizə bazardakı tələbi sınamağa, iştirakçıları bu məhsullarla tanış etməyə və nəticələr əsasında daha geniş məhsullar təqdim etməyə imkan verəcək".

Onun sözlərinə görə, bu strategiyanı həyata keçirmək üçün Mərkəzi Bank bir yol xəritəsi hazırlayıb:

"Bu planı dörd əsas mərhələyə bölmək olar:

Birinci mərhələ - ilkin tətbiq ediləcək İslam bankçılığı məhsullarının müəyyənləşdirilməsi. Bu məqsədlə biz banklarla, investisiya birlikləri və ekspertlərlə müzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarını analiz etdik və tətbiq üçün bir neçə əsas məhsul müəyyən etdik. Bu mərhələ artıq tamamlanıb.

İkinci mərhələ - bu məhsulların tətbiqi üçün hüquqi və tənzimləyici çərçivənin hazırlanmasıdır. Bunun üçün Mülki Məcəllə, Vergi Məcəlləsi, Bankçılıq Qanunu və digər normativ aktlara dəyişikliklər üzərində işlənilir. Bu dəyişikliklər artıq bank sektoruna təqdim olunub və biz onların rəy və təkliflərini toplayırıq. Məqsədimiz, bu rəyləri birləşdirib, ilin sonuna qədər hökumətlərarası razılaşdırma mərhələsinə təqdim etməkdir.

Üçüncü istiqamət - insan kapitalının və bacarıqların inkişafıdır. Bu, yol xəritəsinin ən vacib hissələrindən biridir. Biz artıq Türkiyə, Pakistan, Qırğızıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa başlamışıq. Xüsusilə Pakistan Mərkəzi Bankı ilə birlikdə Azərbaycan Mərkəzi Bankının nəzarətçiləri və tənzimləyiciləri üçün təlim proqramı təşkil olunub. Bu istiqamətdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq.

Bu minimum hüquqi və tənzimləyici baza formalaşdıqdan sonra, banklar islam pəncərəsi vasitəsilə müəyyən islam bankçılığı məhsullarını təqdim etməyə başlaya biləcəklər. Mərkəzi Bank isə bu ilkin mərhələnin gedişatını yaxından izləyəcək, nəticələrə əsasən növbəti addımları və əlavə ediləcək yeni məhsulları müəyyən edəcək.

Biz bu prosesi həyata keçirərkən yerli tərəfdaşlarla, regional həmkarlarla və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edəcəyik.

Məqsədimiz gələn ildən etibarən islam bankçılığı məhsullarını Azərbaycanda bazara çıxarmaqdır".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri