Icma.az
close
up
RU
İllərlə gizlənən cinayətkarın işi ədalət mühakiməsinə çıxarıldı

İllərlə gizlənən cinayətkarın işi ədalət mühakiməsinə çıxarıldı

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan edilən Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işinin istintaqı başa çatıb.

Doğru.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaqla müəyyən edilib ki, Xalid Tağıyev 1995–1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək onun digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayətlər törədib. O, 1998-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayında Sabunçu rayonunun Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabrında isə Zahid Vəliyevi qəsdən öldürüb.

Bundan əlavə, X.Tağıyevin oğurluq, quldurluq, nəqliyyat vasitələrinin qaçırılması, rəsmi sənədlərin və möhürlərin oğurlanması, vəzifəli şəxsin adını mənimsəmə, dövlət əmlakının mənimsənilməsi, odlu silah və sursatların qanunsuz dövriyyəsi, saxta sənəddən istifadə etməklə dövlət sərhədini qanunsuz keçməyə cəhd kimi digər cinayətlərdə də iştirakı ilə bağlı əsaslı şübhələr mövcuddur.

2000-ci il iyulun 1-də Xalid Tağıyev barəsində təqsirləndirilən şəxs qismində qərar qəbul edilərək beynəlxalq axtarış elan olunub. Bu il fevralın 12-də o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib. Ertəsi gün ona rəsmi ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il aprelin 29-da ona qarşı 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Cinayət Məcəlləsinin 70, 94-cü maddələrinin 1, 6, 7, 8-ci bəndləri, həmçinin hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə əlavə ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://dogru.az
archiveBu xəbər 15 May 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri