İmişli nin yarımmüdafiəçisi məşqçini təhqir etdiyi üçün komandadan ayrılıb? RƏSMİ AÇIQLAMA
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İmişli" klubunun yarımmüdafiəçisi İbrahim Əliyevin komandanın baş məşqçisi Jorj Kaskilyanın köməkçisini təhqir etməsi və sinəsindən itələməsinə görə düşərgədən uzaqlaşdırılması ilə bağlı məlumat yayılıb.
Məsələ barədə klubun mətbuat xidmətindən Oxu.Az-a açıqlama verilib.
Bildirilib ki, bu iddiaların heç biri həqiqəti əks etdirmir:
"İbrahim Əliyevlə müqaviləyə dünəndən etibarən qarşılıqlı razılaşma əsasında xitam verilib. İbrahim Əliyevin baş məşqçi, yaxud məşqçilər heyətinin üzvləri ilə hər hansı mübahisəsinin olması barədə deyilənlər əsassızdır.
Komandamızda çıxış edən hər bir futbolçu gələcəkdə harada olmasından asılı olmayaraq, klubumuz üçün hər zaman dəyərlidir. İbrahim Əliyevə də peşəkar karyerasında uğurlar arzulayırıq".
Qeyd edək ki, İbrahim Əliyev I Liqa təmsilçisi "Şəfa" ilə razılığa gəlib.
Murad Nəsimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 07 Yanvar 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















