İmişli və Biləsuvarda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İmişli və Biləsuvar rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, İmişli rayonu Aranlı bələdiyyəsi tərəfindən 1,25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.
Həmçinin Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən 8,59 hektar və 3,02 hektar torpaq sahəsi müsabiqəyə, eləcə də 5,8 hektar, 3,84 hektar və 3,79 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün hərraca çıxarılacaq.
Qeyd edək ki, İmişlidə yerləşən torpaq sahəsi üçün hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsində, Biləsuvarda yerləşən torpaq sahələri üçün müsabiqə və hərrac Cəlilabad şöbəsində dekabrın 18-də baş tutacaq.
Baxış sayı:84
Bu xəbər 02 Dekabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















