İmişlidə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İmişli şəhəri, S. Fətəliyev küçəsində fəaliyyət göstərən və fiziki şəxs Azər Nurəddin oğlu Həsənova məxsus olan çörək emalı müəssisəsində plandankənar yoxlama aparılıb.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirlib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların, eləcə də, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. İstehsalatda istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin mütəmadi həyata keçirilmədiyi aşkar olunub.
Uyğunsuzluqlarla bağlı müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Qida obyektinin fəaliyyəti nöqsanlar tam aradan qaldırılanadək müvəqqəti olaraq dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 05 May 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















