Icma.az
close
up
RU
İmralıdan edilən müraciətin əks sədası: “PKK nın kökü kəsilməyəcək”

İmralıdan edilən müraciətin əks sədası: “PKK nın kökü kəsilməyəcək”

Icma.az, Ayna saytına istinadən bildirir.

​​​​​​​Sərdar Cəlaloğlu: “Həmin qüvvələr “dayanın” deməsələr, yüz dənə Öcalan müraciət etsin, onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər”

Ötən həftə, fevralın 27-də PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına yazılı müraciət ünvanlayyaraq terrorçuları silahı yerə qoymağa çağırıb. İmralı adasında həbs həyatı yaşayan terror təşkilatının başçısı məktubunda PKK-nın sivil yolla qurultay keçirməsini və siyasi mübarizəyə qoşulmasını məsləhət görüb.

“PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir. 1990-cı illərdə daxili səbəblərdən real sosializmin çökməsi, ölkədə kimlik inkarının aradan qalxması, ifadə azadlığındakı inkişaflar PKK-nın varlığının mənasız olmasına səbəb oldu. Odur ki, mövcud vəziyyət bu qurumun öz həmkarları kimi ömrünü tamamlamasını zəruri edib. Qurultayınızı toplayın və dövlət və cəmiyyətə inteqrasiya üçün qərarlar qəbul edin. Çünki məcburi şəkildə dayandırılmamış hər bir müasir cəmiyyət və partiya bunu könüllü olaraq edəcək: bütün qruplar silahı yerə qoymalı, PKK özünü buraxmalıdır”, - deyə Öcalan terrorçu tərəfdarlarına müraciətində bildirib.

Terror qruplaşmasından bu çağırışa əməl edəcəkləri ilə bağlı cavablar səsləndirilsə də, bir çox analitiklər PKK-nın silahı yerə qoyacağına, terror təşkilatını buraxacağına inamsız yanaşırlar. Ekspertlər hesab edirlər ki, PKK terrorçularının bir hissəsi Öcalanın çağırışına müsbət yanaşsa da, bir hissə terror əməllərinə davam edəcək.

Azərbaycan Demokrat Partiyasının rəhbəri, siyasətçi Sərdar Cəlaloğlu AYNA.AZ-a deyib ki, o da PKK-nın ləğvinə inanmır: “PKK məsələsi 40 ildən artıqdır ki, Yaxın Şərqdəki bütün dövlətlərin inkişafına əngəl törədir. Bu terrorçu təşkilata bağlı qruplar həm İranda, Həm İraqda, həm Suriyada, həm də Türkiyədə fəaliyyət göstərirlər. Nəzərə almaq lazımdır ki, PKK-nın arxasında Qərbdəki müəyyən dairələr dayanır. Əvvəl bu terror təşkilatını SSRİ yaradıb, dəstək göstərib. Sonradan isə PKK-ya Qərb dəstək göstərdi. Bu gün də Qərbdən PKK-ya kifayət qədər maliyyə verilir. Öcalan uzun müddətdir həbsdədir və onu PKK-nın sosial tərkibi formal olaraq, lider kimi qəbul edir. Yəni ki, Öcalan çoxdandır PKK-nın başında real olaraq dayanmır. Bu təşkilata bağlı qruplaşmaların hərəsinin özünün rəhbəri var. Həmin terrorçu qruplaşmaların başçılarının Öcalanın çağırışına müsbət reaksiya verəcəyi şübhəlidir”.

“Hər halda, Öcalanın bu çağırışı müsbət addımdır. Amma bu müraciətə PKK üzvlərinin hamısının müsbət cavab verəcəyinə inanmıram. Çünki onlar müstəqil deyillər. Həmin qruplaşmaları kim maliyyələşdirir, Türkiyəyə qarşı addımlara kim təhrik edir, qruplaşmalar həmin qüvvələrin sözünü eşidirlər. Həmin qüvvələr “dayanın” deməsələr, yüz dənə Öcalan müraciət etsin, onlar yenə də terror fəaliyyətindən əl çəkməyəcəklər”, - siyasətçi vurğulayıb.

S.Cəlaloğlu Öcalanın bir müraciəti ilə PKK terror təşkilatının kökünün kəsiləcəyini düşünmür: “Hesab edirəm ki, sadəlövhlük etmək lazım deyil. Bəli, müsbət addımdır və Türkiyə siyasətinin uğuru sayıla bilər. Amma bununla terrorun kökünün kəsiləcəyini iddia etmək doğru olmazdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 Mart 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri