Icma.az
close
up
RU
İmtahan stressinə necə qalib gəlmək olar? TÖVSİYƏLƏR

İmtahan stressinə necə qalib gəlmək olar? TÖVSİYƏLƏR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Buraxılış imtahanlarının vaxtı açıqlandıqdan sonra şagirdlərin hər biri özünün imtahana tam hazır olduğunu deyir. Bununla yanaşı onlarda qorxu və həyəcan da az deyil.

Bəs şagirdlər özlərini imtahana psixoloji cəhətdən necə hazırlamalıdırlar?

Günay Kərimi: Şagirdlərin imtahan həyəcanı onlarda qorxudan yox, məsuliyyətdən yaranır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixloq Günay Kərimi bildirib ki, neçə illik hazırlığın, əziyyətin bəhrəsini əlbəttə ki, bütün şagirdlər görmək istəyir. Ümumiyyətlə, müəllimlər, valideynlər uşaqlara aşağı siniflərdən məktəb həyatının onların gələcək arzularına, məqsədlərinə çatmaq, öz arzularını formalaşdırmaq üçün bir yol olduğunu doğru formada başa salsalar artıq onlar kiçik yaşlarından oxumağa qarşılarına məqsəd qoyarlar:

“Onlar kiçik yaşlardan öz məqsədlərinə, arzularına çatmaq üçün dərslərinə daha möhkəm və məqsədlə yanaşırlar. Ona görə də, imtahan vaxtı gəlib çatanda həyəcan və stress onlarda qorxudan yox məsuliyyətdən yaranır”.

G.Kəriminin sözlərinə görə, imtahanda həyəcan iki formada olur. Biri yaza bilməmək qorxusu, digəri məsuliyyət:

“Hər iki halda imtahan vaxtı yaranan qorxular normaldır və əslində, imtahan başlayandan bir neçə dəqiqə sonra bu qorxu nisbətən azalır”.

“Tövsiyə edirəm ki, şagirdlər imtahana bir neçə saat qalmış qidalarına fikir versinlər, açıq havada olsunlar və ən əsası həmin saatlarda oxumağa son qoysunlar. Doğru nəfəs texnikaları da həyəcanın aradan qalxmasına kömək edir. İmtahandan yaxşı nəticə almayan şagirdlər bilməlidirlər ki, hər bir halda dünyanın sonu deyil, önlərində uzun zaman var. Arzulara çatmaq üçün heç vaxt gec deyil”,-deyə Günay Kərimi qeyd edib.

Qoşqar Məhərrəmov: İmtahan zamanı gözlənilməyən, surpriz olan heç bir hal yoxdur

Təhsil eksperti Qoşqar Məhərrəmov da mövzu ilə bağlı Bakıvaxtı.az-a deyib ki, şagirdlər bilməlidirlər ki, artıq yavaş-yavaş imtahan prosesi əzbərçilikdən məntiqə doğru dəyişir:

"Yəni, abituriyentlər mövzunu əzbərləməkdən daha çox, məntiqlə oxuyub dərk etməyə çalışmalıdır. Xüsusilə də, Azərbaycan və ingilis dilində olan mətn sualları məntiqlə oxuyub dərk etməni tələb edir. Belə olan halda onlar imtahana daha hazırlıqlı olacaqlar".

Q.Məhhərəmovun sözlərinə görə, imtahan zamanı gözlənilməyən, surpriz olan heç bir hal yoxdur. Bu proses illərdir davam edir və təbii ki, artıq şagirdlər imtahandan əvvəl sınaq imtahanlarına gedərək özlərini psixoloji olaraq hazırlayırlar:

"Abituriyentlər özlərini çətinə salan suallarla daha çox məşğul olmalıdırlar. Bəzən abituriyentlərdə bir psixologiya olur ki, bildikləri sualları etsinlər, çətinlərlə vaxt itirməsinlər. Bu isə tam əksinə olmalıdır, çətin sualların üzərində daha çox dayanmaq lazımdır ki, imtahanda nəticə götürsünlər”.

Müsahibimiz vurğulayıb ki, valideynlər və müəllimlər də abituriyentlərə dəstək olaraq, əhval ruhiyyə verərək imtahana rahat şəkildə hazırlaşmalarına kömək olmalıdırlar. Ailədə uşaq imtahan stressi ilə çox sıxılmamalıdır:

“Abituriyentlər hərtərəfli dəstək gördükləri zaman psixoloji cəhətdən imtahana tam şəkildə hazır olurlar”,- deyə Qoşqar Məhərrəmov bildirib.

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:306
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri