İmtahanlar yaddaş müsabiqəsi dir
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
DİM imtahanlarından sonra hər il eyni müzakirə yaranır ki, suallar çox çətin olub.
Bu narazılıqlarda müəyyən həqiqət payı ola bilər. Amma məsələ budur ki, suallar çətin də olsa, asan da olsa nəticə dəyişməyəcək. Bütün hallarda imtahan verənlərin içindən qəbul yerlərinin sayı bitənə qədər ən güclülər seçilir.
Güclü abituriyent isə həm çətin sualda güclüdür, həm də asan sualda. İmtahan sisteminin məqsədi isə məhz bu fərqi ortaya çıxarmaqdır.
Amma məsələnin başqa, daha əsas tərəfi var.
Əslində problem sualın çətin və ya asan olması deyil. Problem imtahanların mahiyyətindədir. Bugünkü qəbul sistemi böyük ölçüdə yaddaş və əzbər üzərində qurulub.
Nəticədə ən yaxşı ixtisaslara ən yaxşı əzbərləyənlər daxil olur. Kim daha çox məlumatı yadda saxlayırsa, o daha yüksək bal toplayır. Kim daha güclü əzbərçidirsə, o da ən prestijli ixtisaslara və hətta prezident təqaüdünə qədər yüksələ bilir.
Əlqərəz, indiki model bir qədər “bilik yarışı”ndan çox “yaddaş müsabiqəsi”ni xatırladır.
Halbuki ali təhsil sistemi yaddaşın deyil, düşüncənin, analizin, yaradıcılığın və problemləri həll etmə bacarığının ölçülməsinə əsaslanmalıdır.
Bu səbəbdən əsas müzakirə sualların çətinliyi yox, imtahan sisteminin yanaşması olmalıdır.
Eldəniz Əmirov, iqtisadçı
Baxış sayı:163
Bu xəbər 14 Mart 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















