Icma.az
close
up
RU
İmtahanlarda bu sualların sayının artması, şagirdləri çətin vəziyyətə salacaq Ekspertdən AÇIQLAMA

İmtahanlarda bu sualların sayının artması, şagirdləri çətin vəziyyətə salacaq Ekspertdən AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı qrafiklərə əsasən, bu il mart ayının 2-si və 9-da 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. Bu tarixlər həm abituriyentlər, həm də onların valideynləri üçün önəmli dönəmi əhatə edir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirdi ki, imtahanın vaxtının mart ayına təyin edilməsi abituriyentlərə ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq üçün əlavə vaxt qazanmaq imkanı yaratsa da, onların buraxılış imtahanına qədər mövcud proqramı tam mənimsəmələrini tələb edir. Ekspertin sözlərinə görə, əvvəlki illərin təcrübəsinə əsasən, şagirdlərin hazırlıq səviyyəsi, imtahan suallarının məzmunu və DİM-in tətbiq etdiyi yeniliklər nəticələrin formalaşmasında mühüm rol oynayacaq:

"Ötən il buraxılış imtahanlarında 30 bal toplayan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə yüksək idi. Statistikaya əsasən, 2023-cü ildə I-IV qruplar üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 2500-ə yaxın olmuşdu ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımdır. Bu artımın səbəblərindən biri sualların məzmununun müəyyən qədər sadələşdirilməsi, pandemiyadan sonra şagirdlərin hazırlıq üçün daha çox vaxt tapması və distant təhsilin yaratdığı boşluqları qismən doldura bilməsidir. Ancaq bu il gözləntilər daha fərqlidir.

Builki 11-ci sinif şagirdləri iki il əvvəl, 9-cu sinifdə oxuyarkən buraxılış imtahanı veriblər. O dövrdə pandemiyanın təsiri ilə distant təhsil sistemi tətbiq olunurdu. Bu vəziyyət onların tədris proqramını tam şəkildə mənimsəməsinə mane olmuş, müəyyən bilik boşluqları yaratmışdı. Bu boşluqların bəziləri son iki ildə qismən doldurulsa da, onların tam aradan qaldırıldığını demək çətindir. İmtahanlarda analitik düşüncə tələb edən sualların sayının artması halında şagirdlərin çətinliklərlə üzləşməsi ehtimalı yüksəkdir".

K.Əsədovun fikrincə, DİM-in 2025-ci il üçün proqnozlaşdırılan imtahan siyasətini nəzərə alsaq, imtahan suallarının çətinlik səviyyəsinin artırılacağı gözlənilir:

"Bu, ilk növbədə qəbul imtahanlarında bilik və bacarıqların daha dəqiq ölçülməsinə xidmət edir. Təcrübə göstərir ki, çətin suallar təqdim edilən illərdə yüksək nəticələr toplayan abituriyentlərin sayı azalır. Bununla belə, hazırda hazırlıq kursları və fərdi dərslərin artması, şagirdlərin təhsilə daha ciddi yanaşması və test bazalarının daha əlçatan olması nəticələrə müsbət təsir edə bilər.

Proqnozlara gəlincə, 2025-cü ildə 300 bal toplayanların sayında kiçik azalma müşahidə oluna bilər. Bunun səbəbi buraxılış imtahanlarının daha çox analitik düşüncə tələb etməsidir. Lakin 600-dən yuxarı bal toplayanların sayında ciddi dəyişiklik olmayacağı ehtimal olunur, çünki yüksək nəticə göstərən abituriyentlər əsasən əlavə hazırlıq prosesi keçirlər və sualların çətinlik dərəcəsinə adaptasiya olunurlar".

Ekspert bildirdi ki, abituriyentlərə hazırlaşmaq üçün tövsiyələr vermək bu mərhələdə olduqca vacibdir.

"Birincisi, abituriyentlərə keçmiş illərin imtahan testlərini mütəmadi olaraq işləmək tövsiyə edilir. Bu, onları test formatı ilə tanış edir və öz zəif tərəflərini müəyyən etməyə imkan yaradır. İkincisi, buraxılış imtahanı suallarında analitik düşüncə tələb edən tapşırıqlar üstünlük təşkil etdiyi üçün məntiqi yanaşma və analitik düşüncə üzərində işləmək önəmlidir. Üçüncüsü, zaman idarəetməsi bacarığının təkmilləşdirilməsi üçün müntəzəm olaraq sınaq testləri həll edilməli, imtahan şəraiti simulyasiya edilməlidir.

Psixoloji hazırlıq məsələsinə də diqqət yetirmək vacibdir. İmtahan həyəcanı və stres nəticələrin aşağı düşməsinə səbəb ola bilər. Valideynlər bu məsələdə şagirdləri dəstəkləməli, onları motivasiya etməli, eyni zamanda təzyiq göstərməməlidirlər. İmtahanın yalnız bir mərhələ olduğunu, həyatda uğurun başqa yollarla da əldə edilə biləcəyini vurğulamaq, abituriyentlərə arxayınlıq verə bilər.

Ümumilikdə, bu il buraxılış imtahanlarının nəticələri abituriyentlərin hazırlıq səviyyəsi, testlərin məzmunu və çətinlik dərəcəsi, həmçinin imtahan öncəsi motivasiya və dəstəkdən asılı olacaq. Əgər şagirdlər düzgün plan qurub mövcud resurslardan maksimum istifadə etsələr, yüksək nəticə əldə etmək mümkündür. Lakin builki məzmunun tələbkarlığını nəzərə alaraq, abituriyentlərin biliklərinin real dəyərləndirilməsi üçün daha ciddi hazırlıq tələb olunacaq", - deyə K.Əsədov əlavə etdi.

Bənövşə HƏSƏN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri