Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Soyunaq inkişaf edək FELYETON

Soyunaq inkişaf edək FELYETON

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Bayramlı

O gün şəhərdə bir köhnə dostumla qarşılaşdım, dedik gedib bir çay içək, dərdləşək. Az getdik, üz getdik, dərə-təpə düz getdik, çatdıq milli kafelərimizdən birinə. İçəridə qarğa bazarıdır, yarıçılpaq bir qız müştərilərə çay, pivə zad gətirir, onlar da ona söz atır, bədənini maraqlı baxışlarla süzürlər. Səs-küydən söhbət edə bilmirik, həm televizorda bir yarıçılpaq müğənni ulayır, həm müştərilər hərəsi telefonda bir video qoyub baxır, 5-6 səs bir birinə qarışır, baş beynimiz xarab olur. Xülasə, durub mürəxxəs olduq, yaxınlıqdakı parkda skamyada oturub söhbətləşdik.

Söhbət son vaxtlar dünyada və ölkəmizdə vüsət alan lütləşmə prosesindən düşdü. Dostum dedi mənə elə gəlir ki, dünyada aparılan lütləşdirmə siyasəti ekoloji və iqtisadi faktorlarla bağlıdır. İnsanlar paltar geyinəndə xeyli pambıq əkilməlidir, kimyəvi parçalar istehsal olunmalıdır, tekstil sənayesi işləməlidir, nəqliyyat daşımaları baş verməlidir və sairə. Bu da həm iqtisadi yükü artırır, həm də ekoloji problemə təkan verir. Üstəlik, insanların xərci artır. Bu səbəbdən də qlobalistlər düşünüblər ki, tədricən paltardan imtina edib ibtidai icma quruluşuna qayıdaq, lüt gəzməyə başlayaq.

Mən bu fikirləri dəstəkləyərək dedim ki, etiraz etmirəm, qənaət də vacibdir, ekologiyanı qorumaq da. Amma qışda soyuqda nə edəcəyik? Xəstələnib ölərik ki.

Dostum dedi ki, xoşbəxtlikdən bu məsələdə cinsi diskriminasiya müşahidə olunur. Belə ki, qlobal transhumanistlər ancaq qadınların paltardan imtina etməsinə çalışır. Yəqin ki, onların soyuğa kişilərdən daha dözümlü olmasına görə.

Bu fikirlə razılaşdım. Çünki ədalətli və elmi yanaşmadır, mən öz gözümlə dəfələrlə görmüşəm ki, qışın soyuğunda bir çox qızlar, qadınlar yarıçılpaq gəzirlər, heç veclərinə də deyil, amma biz altdan geyinib üstdən qıfıllanırıq, yenə üşüyürük. Bu səbəbdən bu məsələdə qlobal planın cinsi kontekstdən fərqli yanaşmasını dəstəkləyirəm.

Dostum dedi ki, burada ciddi problemlər yarana bilər. Belə ki, bəzi “geridəqalmış” qadınlar müasirləşib inkişaf etmə istəmədiyinə görə normal geyimdə gəzəcəklər, deyəcəklər ki, biz mədəni insanıq, əynimizə normal paltar geyməliyik.

Onun bu fikri ilə razılaşmadım, dedim ki, belələrini də zorla, məcburetmə metodları ilə müasirləşdirməyin yolları taplılacaq yəqin ki. Onlar ya linç ediləcək, ya da küçəyə çıxmalarına məhdudiyyət qoyulacaq. Digər tədbirlər də mümkündür. Heç kim müasirlikdən geri qalmamalıdır. İnkişaf qarşısıalınmazdır. Hələlik bunu maarifləndirmə yolu ilə etməyə çalışırlar, hər yeri lüt qadın heykəlləri ilə doldururlar, televiziya və internet normal qadın obrazını ancaq yarıçılpaq formada göstərir. Gec-tez yerdə qalan köhnəliyin qalıqları da bu tendensiyaya qoşulmağa məcbur olacaqlar.

Dostum dedi ki, burda ciddi qarşıdurmalar yaranacaq. Bir çoxları heç də zombiləşmək istəmir, insani mənəvi dəyərlərinə sadiq qalaraq yaşayırlar. Qatı dindarlar və radikal mühafizəkarlar da var, onlar heç cür təslim olmayacaqlar.

Dedim a kişi, necə olmayacaqlar? Məgər min illərlə belə deyildi? Sovet dövründə hamı normal paltar geyinmirdi? Elə 90-larda hələ də belə idi. Bəs 21-ci əsrə keçəndən sonra necə çoxlarının düşüncəsi, psixologiyası dəyişdi? Necə oldu ki, əvvəl insanlar normal qəbul etdikləri şeyi indi anormal sayırlar, anormal qəbul etdiklərini normal? Görürsənmi, maarifləndirmə, vadaredici və təhrikedici metodlarla istənilən cəmiyyəti dəyişmək mümkündür. Bəs Overton pəncərəsi nədən ötrüdür?

Dostum bu yerdə qəzəbləndi, dedi şəxsən mən sonadək mübarizə aparacam, təslim olmayacam. İstəyirlər məni linç etsinlər xeyri yoxdur, mən də, ailəm də əynimizə həmişə normal paltar geyəcəyik.

Gördüm çox əsəbidir, təsəlli verdim ki, qaqa qorxma, bu lütləşmə prosesinin nəticəsində biz sürətli inkişaf edəcəyik, hamı alim olacaq, kosmik gəmilər yaradacağıq, nanotexnologiya nümunələri ixtira edəcəyik və s.

Dostum daha da qəzəblənib dedi, hə, görmürsənmi yarıçılpaq gəzən Afrika qəbilələri necə inkişaf ediblər, amma öz milli-mənəvi dəyərlərinə sadiq qalan mühafizəkar çin və yapon xalqları isə geridə qalıb hər sahədə.

Etiraf etməliyəm ki, bu, tam darmadağın idi. Hələ heç bir mübahisədə belə rəzil məğlubiyyətə uğramamışdım. Ona görə də təslim oldum, razılaşdım ki, bu proses xalqımızın mənəvi dəyərlərini çökdürür, milli mədəniyyətimizi məhv edir, əvəzində faydalı heç nə vermir. Deməli, lütlənməyin inkişafa heç bir müsbət təsiri yoxdur.

Dostum dedi ki, əgər belədirsə, onda niyə xalqımız öz milli mədəniyyətini, mənəvi dəyərlərini qorumur, özünü fransıza, amerikana, hollanda bənzətməyə çalışır?

Doğrusu, çox çətin sual idi, mən bunun cavabını necə verə bilərdim? Ona görə də, dedim qaqa, bunun səbəblərini bilirəm, amma uzun söhbətdir, inşallah növbəti yazımda... pardon, növbəti görüşümüzdə bu haqda ətraflı danışarıq.

Beləcə ayrıldıq, amma növbəti görüşdə bunu ona necə izah edəcəyim fikri məni götürüb. Gərəkdir ki, ona qədər əsl səbəbləri tapıb bu adama izah eləyəm. Yoxsa, rüsvay olacam. Bilən varsa, mənə poçtla yazsın zəhmət olmasa – elchinbayramlı@mail.ru.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see697

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see666

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see664

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see512

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see476

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see473

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see457

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see408

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see360

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see353

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see352

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see340

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see338

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see335

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see332

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see328

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see324

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see323

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see315

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see302
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri