Icma.az
close
up
RU
İndi də ABŞ Çin gərginliyi başlayır Dağıdıcı və qorxunc savaş başlaya bilər Siyasi şərhçi

İndi də ABŞ Çin gərginliyi başlayır Dağıdıcı və qorxunc savaş başlaya bilər Siyasi şərhçi

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Çinlə mümkün silahlı münaqişəyə hazır olmaq üçün pilotsuz hərbi-dəniz donanması yaradır. “Reuters” xəbər agentliyinin məlumatına görə, prototiplər artıq Kaliforniya sahillərində, Sakit okeanda sınaqdan keçirilir. ABŞ, Çinin Tayvana qarşı hərbi əməliyyat riskini nəzərə alaraq dəniz və hava pilotsuz aparatları qruplarını bölgəyə yerləşdirməyi planlaşdırır.

Maraqlıdır, ABŞ-nin hərbi hazırlığı fonunda Çinlə qarşıdurma riski varmı?

Mövzu ilə bağlı Bakupost.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, hazırda Çin və ABŞ arasında olduqca ciddi rəqabət mövcuddur. Onun sözlərinə görə, bu rəqabətin iki əsas istiqaməti var.

“Birinci istiqamət Tayvan böhranıdır. Çin Tayvanı öz ərazisi hesab edir, Amerika isə Tayvanın müstəqil dövlət kimi mövcudluğunu qorumağa çalışır. Ümumiyyətlə, ABŞ-nin dəstəyi olmasa, Tayvan dövlət kimi mövcud ola bilməz. Yəqin ki, ABŞ olduqca ciddi şəkildə separatçı bölgəni Çinə qarşı faktor olaraq istifadə edir”, -ekspert vurğulayıb.

Elçin Xalidbəyli qeyd edib ki, ikinci istiqamət iqtisadi və ticarət sahəsidir. Çinin mənada ABŞ-dən önə çıxması Ağ Evdə ciddi narahatlıq doğurur:

“Tramp administrasiyası hesab edir ki, bu prosesin qarşısı alınmasa, Çin dünyanın super dövləti olaraq tək qalacaq. Ona görə də hazırda Ağ Evdə Tramp administrasiyası, ümumiyyətlə ABŞ-nin əsas beynəlxalq rəqibi olaraq Çini görür. Yəni nə Rusiya, nə digər dövlətlər ABŞ üçün əsas rəqib sayılmır. Buna görə hətta Rusiya ilə olan bazarlıqlarda belə Çin mövzusu ön plandadır. Tramp administrasiyası Çin və Rusiya arasında problemlər yaratmağa çalışır və Rusiyanın Çini dəstəkləməməsində maraqlı olduğunu gizlətmir. Çin və Rusiyanı bir-birindən ayırmağa çalışır”.

Ekspertin fikrincə, pilotsuz donanmanın yaradılması Çinə qarşı mübarizənin bir hissəsidir, amma belə metodlarla Çini qorxutmaq müasir dövrdə o qədər də inandırıcı deyil:

“Çin həm iqtisadi, həm də hərbi baxımdan kifayət qədər güclü dövlətdir. Böyük ehtimalla Çin və ABŞ arasında hər hansı bir savaş ehtimalı reallığa çevrilməyəcək. Həm ABŞ, həm Çin müasir texnologiyalara sahib nüvə dövlətləridir. Nə rəsmi Pekin, nə də Ağ Ev dağıdıcı savaşa risk etməz. Amma bu iki dövlətin arasında yaxın gələcəkdə ticarət savaşları mümkündür. Bu ticarət savaşları hər iki tərəfin bir-birini iqtisadi cəhətdən zəiflətmək istiqamətində ata biləcəyi addımlarla müşahidə oluna bilər. Hətta iqtisadi ticarət savaşları hərbi silahlı savaştan daha intensiv, daha dağıdıcı və daha qorxunc nəticələr doğura bilər”.

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Avqust 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri