Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

İndi tənəffüs və pauza vaxtı deyil: Növbəti dünya müharibəsinin qoxusu gəlir ŞƏRH

İndi tənəffüs və pauza vaxtı deyil: Növbəti dünya müharibəsinin qoxusu gəlir ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tofiq Abbasov: NATO-nun şərq sərhədləri kifayət qədər güclü müdafiə olunmadığı ortaya çıxdı

BMT sülhpərvər institut kimi təsirini itirib


Polşa Prezidenti Karol Navrotski ölkə ərazisində NATO üzvü olan dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinə razılıq verən qətnaməni imzalayıb.

Bu barədə məlumatı Polşanın Milli Təhlükəsizlik Bürosu yayıb.

Qeyd olunur ki, sözügedən qərar "Şərq keşikçisi" əməliyyatı çərçivəsində Polşanın müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu zamanı Polşanın hava məkanı dronlar tərəfindən dəfələrlə pozulub. Avropa Birliyi diplomatiyasının rəhbəri Kaya Kallas özünün X səhifəsində yazıb ki, Polşada Rusiyanın hava məkanını pozması müharibə başlayandan bəri Avropada baş verən ən ciddi hadisədir.


Politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Şərqi Avropada gərginlik getdikcə artır:


"Rusiyanın dronlarının Polşanın hava məkanında olması, bütün bu prosesləri intriqaya çevirib. İlk növbədə Rusiya məsuliyyəti öz üzərinə götürür və bildirir ki, bu dronlar bizdən deyil, hamısı Ukrayna tərəfdən gəlir. Ancaq belə şəraitdə həqiqəti dəqiq müəyyən etmək mümkündür. Peyklər vasitəsilə bütün uçuş aparatlarının hansı nöqtədən qalxdığı, hansı trayektoriyadan hərəkət etdiyi və oturduğu tez müəyyən olunur. Buna görə də, indi söhbət daha çox post-insident vəziyyətindən gedir. Kremlin qazancı burada özünü göstərir: o, özünəməxsus kəşfiyyat apardı. Nəticə etibarilə NATO-nun şərq sərhədləri kifayət qədər güclü müdafiə olunmadığı ortaya çıxdı. Digər tərəfdən, Polşa bu vəziyyətdən istifadə edərək öz potensialını gücləndirməyə çalışır. Hazırda Polşanın ordusu Avropa İttifaqı ölkələri arasında üçüncü yerdədir. Ordunun modernləşdirilməsi, silah sistemlərinin alınması üçün böyük xərclər həyata keçirilir. Buna görə ölkə çox ehtiyatlı və strateji addımlar atır. Əsas məsələ alyansın bu vəziyyətə necə reaksiya verəcəyidir. Bu, NATO üçün bir siqnal, bir çağırışdır. Təşkilat hərbi-siyasi blok olaraq müdafiə sistemi rolunu oynayır, hücum sistemi deyil. Lazım gələrsə, hücum taktikası və strategiyası da yer ala bilər. Lakin NATO və Avropanın ümumi hərbi sistemi hələ tam işlək vəziyyətdə deyil. Gərək alyans rəhbərliyi Rusiyaya minnətdarlığını bildirsin ki, onları ayıldırlar və hərəkətə gəlməyə əsas verirlər. Buna görə də NATO  məsələlərə diqqətlə yanaşmalı, onun gələcək strategiyasını müəyyən etməlidir. Hər ölkədə radikal qruplar və quzğunlar mövcuddur. Hazırkı şəraitdə sülh göyərçinləri olsa da, onlar müdafiə mövqeyindədirlər. Məsələn, Şərqi Avropa ölkələri – Slovakiya, Macarıstan – Rusiya ilə münasibətləri sınamaq istəmir. Amma Brüsseldən çağırış olarsa, istər-istəməz reaksiya verməli olacaqlar".


Amalitikin fikrincə, böyük müharibə ehtimalı artmaqdadır:

"Çünki Avropada qərbdə və şərqdədə çoxsaylı münaqişələr mövcuddur. Bəzi ölkələr mərkəzdən uzaqlaşmaq istəyir və aralarında əzəldən gələn ixtilaflar var. Bu prosesləri birləşdirəndə görünür ki, növbəti dünya müharibəsinin qoxusu gəlir. Təəssüf və təəccüb doğuran məqam isə odur ki, BMT əsas sülhpərvər institut kimi münasibət bildirsə də, onun sözünü eşidən yoxdur. İndiki vəziyyətdə yalnız güclü liderlərə ümid qalır. Donald Tramp Avropadan bir qədər uzaqlaşıb. Ağ Evin sahibi onlara deyir ki, öz resurslarınızla hərəkət edin, xərclərinizi qarşılaya bilərsiniz. Polşadakı məsələyə Trampın reaksiyası isə maraqlı və qəribədir. O, Rusiyanı tənqid etmədən, fikir bildirmədən və ya dolayı, ikibaşlı, üçbaşlı bir mövqe nümayiş etdirir. Bəzi Avropa siyasiləri Kremli sərt tənqidlə pisləyirlər. Lakin Tramp göstərir ki, onun mövqeyi tamamilə fərqlidir. Bu yaxınlarda Ankoricdə Tramp və Putin arasında görüş baş tutub. Onlar ümumilikdə dünyanın qlobal gündəliyində olan məsələlərə, həmçinin Qafqaz bölgəsinə münasibət bildiriblər. 

Hazırkı şəraitdə bir çox məsələlərin həlli diplomatiyaya bağlıdır. Diplomatlar hərəkətə keçməli, qeyri-adi vasitələrdən istifadə etməlidirlər ki, ümumi vəziyyət nəzarətdən çıxmamasın. Böyük dövlətlər hər bir müsbət təklifə “hə” deyirlər, amma heç də onu icra etməyə hər zaman hazır olmurlar. İndi tənəffüs və pauza vaxtı deyil. Vəziyyətin idarə olunması üçün dərhal hərəkət etmək lazımdır. Bir çox dövlətlərin diplomatik gücü, bacarığı və təsiri bu şəraitdə müəyyən olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri