Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Yaşar Nurinin qızı dünyasını dəyişib

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

“İNDİYƏ KİMİ AQRAR SAHƏNİN İNKİŞAF KONSEPSİYASI YOXDUR” “Nazir 9 hektarda nə əkdi, nə becərdi ki, cəmi 14.000 manat gəlir əldə etdi?”

“İNDİYƏ KİMİ AQRAR SAHƏNİN İNKİŞAF KONSEPSİYASI YOXDUR” “Nazir 9 hektarda nə əkdi, nə becərdi ki, cəmi 14.000 manat gəlir əldə etdi?”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Kənd təsərrüfatı sahəsi üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışındakı aqrar sektorun vəziyyəti ilə bağlı dəyərləndirmələrini və ümumilikdə bu sahənin problemlərini “AzPolitika”-ya şərh edib. 

Müsahibəni təqdim edirik:

- Vahid müəllim, Milli Məclis komitələrinin birgə iclasında gələn ilin büdcə layihəsi ilə bağlı müzakirələrdə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, son illər Azərbaycanın kənd təsərrüfatı sahəsinin tənzimlənməsi istiqamətində institusional dəyişikliklər aparılıb, dövlət dəstəyinin həcmi və effektivliyi artırılıb. Həqiqətənmi dövlət dəstəyinin effektivliyi artırılır?

- 2017-ci ildən başlayaraq kənd təsərrüfatı sahəsinə ayrılan dövlət vəsaitlərinin həcmi artırılır. Bununla yanaşı, 2023-cü ildən bu yana ərzaqlıq buğda istehsalı ilə məşğul olanlara hər 1 ton buğda üçün 100 manat məhsul subsidiyası və 210 manat əkin subsidiyası verilir. Son zamanlar kənd təsərrüfatına, xüsusən də strateji əhəmiyyət kəsb edən buğda istehsalı üçün ayrılan subsidiyaların məbləği artsa da, buğda istehsalında ciddi azalmaların olduğunu müşahidə edirik. Belə ki, 2025-ci ildə ilkin çəkidə 1584 min ton buğda istehsal edilmişdir ki, bu da 2024-cü ilə nisbətən 98,8 min ton, 2023-cü ilə nisbətən isə 243,3 min ton azdır. Bu müddət ərzində buğdanın məhsuldarlığı 33,8 sentnerdən 31 sentnerə düşmüşdür. Son 6 ildə isə buğda istehsalı 587 min ton, yəni 27% azalıb.

21 il əvvəl kənd təsərrüfatına subsidiya ayrılmayanda buğda istehsalı indikindən 30,3 min ton çox idi. Belə ki, 2004-cü ildə Azərbaycanda ilkin çəkidə 1614,3 min ton buğda istehsal edilmişdi. Xatırladım ki, əhalinin sayı 2004-cü ildə 8349,1 min nəfərdən 2025-ci ildə 10224,9 min nəfərə qədər artıb. O zamandan ilndiyədək ölkə əhalisinin sayı 1 milyon 875,8 min nəfər, yəni 22,4% artmasına baxmayaraq, buğda istehsalı azalmışdır.

Demək olar ki, son 20 ildə buğda istehsalı ilə bağlı vəziyyət pisləşib. Baxmayaraq ki, 2007-ci ildən başlayaraq sahənin inkişafı adı ilə dövlət büdcəsindən milyardlarla manat vəsait ayrılıb.

- Nazir deputatların suallarına cavab olaraq deyib ki, əgər biz ərzaq təhlükəsizliyindən danışırıqsa, o zaman məhsuldarlığın artırılması məsələsini düşünməliyik. Məsələ daha çox sahə əkmək və ya daha çox adam işlətmək deyil, əməyin səmərəliliyini və effektivliyini artırmaqdır. Bu barədə nə deyə bilərsiniz?

- Artıq 2 il 6 ay Kənd Təsərrüfatı naziri işləmiş məmurun “məhsuldarlığın artırılması məsələsini düşünməliyik” deməsi o, deməkdir ki, o, nə iş görəcəyini, sahənin inkişaf etdirilməsi ilə bağı hansı strategiyanı hazırlayacağını hələ də bilmir. O, hələ düşünməlidir...

Məcnun müəllim deyir ki, “məsələ daha çox sahə əkmək və ya daha çox adam işlətmək deyil”. Yaxşı olardı ki, desin, konkret olaraq Azərbaycan reallığında əməyin səmərəliliyini və effektivliyini necə artırmaq istəyir? Hədəfin “sahəyə, yəni hektara düşən məhsuldarlığı artırmaq” olduğunu başa düşürük. Belə çıxışları 30 ildir eşidirik. Nazirlik konkret olaraq hansı tədbirləri həyata keçirməklə “hektara düşən məhsuldarlığı artırmaq” istəyir?

Məcnun Məmmədov iki il yarımdır ki, Kənd Təsərrüfatı Nazirliyinə rəhbər vəzifəyə gətirilib, amma indiyə kimi aqrar sahənin inkişaf konsepsiyası yoxdur. Baxmayaraq ki, Məcnun Məmmədovun tərcümeyi-halında qeyd edilir ki, o, Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirilməzdən əvvəl aqrar bizneslə bağlı bir layihədə proqram iştirakçısı, 2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub. Və 2022-ci ildən Hollandiyanın Wageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan "Qida və Aqrobiznesdə İdarəetmə" ixtisası üzrə təhsil alıb.

- Nazir deyir ki, “kənddə yaşayan hər kəs kənd təsərrüfatı ilə məşğul olacaq” fikrindən daşınmalıyıq: "Kənddə yaşayan insanlar üçün alternativ iş imkanları yaradılmalıdır. Əks halda, biz qeyri-effektiv aqrar iqtisadiyyat əldə edirik. Ona görə də bizim əsas prioritetimiz fermerlərin gəlirlərinin artırılması istiqamətində effektivliyin artırılmasıdır”...

- Qəribədir. Kənddə yaşayan hər kəs onsuz da kənd təsərrüfatı ilə məşğul olmur. Kənd təsərrüfatı məhsulu istehsalı ilə çox az sayda kəndlilər məşğul olur. Ona görə ki, kənddə suvarma suyu, keyfiyyətli toxum materialı, keyfiyyətli gübrə, pestisid, texnika, soyuq anbar çatışmazlığı səbəbindən pay torpağı alan kəndlilərin əksəriyyəti Rusiyaya, Belarusa, Ukraynaya və digər ölkələrə, Bakı, Sumqayıt şəhərlərinə köçüblər. Kəndlərdə mövcud olan torpaq sahələrinin 90 faizindən bütöv şəkildə, yəni hissələrə bölünmədən istifadə edilir. Məcnun müəllim istəsəydi, faliyyətə başladığı birinci ayda torpaqlardan istifadə ilə bağlı dəqiq məlumat əldə edərdi. Çox təəssüf...

- Nazir statistika təqdim edib ki, hazırda ölkədə bir təsərrüfata orta hesabla 1,7 hektar sahə düşür. Onun sözlərinə görə, bu qədər sahə ilə bir fermerin ailəsini təmin etməsi mümkün deyil: “Hesablamalara görə, minimum illik gəlir (bir ailənin 4 nəfərlik tərkibini nəzərə alsaq) 14.000 manat olmalıdır və bu gəliri əldə etmək üçün 9 hektar orta əkin sahəsi lazımdır. Taxılçılıqda bu göstərici 33 hektar, meyvəçilikdə isə 3-5 hektardır. Ona görə də kənd təsərrüfatında məhsuldarlığın və əlavə dəyər yaradan məhsulların payının artırılmasına çalışırıq”. Bu haqda nə deyə bilərsiz?

- Məcnun müəllim nazir vəzifəsinə təyin edilən zamanlarda ölkədə real olaraq bir təsərrüfata orta hesabla neçə hektar əkin sahəsi düşdüyünü müəyyən etməli idi. Çox təəssüf ki, onun məlumatı reallığı əks etdirmir. Əgər ölkədə bir təsərrüfata orta hesabla 1,7 hektar sahə düşərdisə, ölkədə 3,2 milyon ton taxıl, 1,9 milyon ton tərəvəz, 930 min ton kartof istehsalı mümkün olmazdı. Məcnun müəllimin dediyi həqiqət olsaydı, Azərbaycana indikindən 10 dəfə çox texnika lazım olardı.

İxtisasca mühasib olan Məcnun müəllimin hesablamasına da münasibət bildirmək istəyirəm. Onun hesablamalarına görə, minimum illik gəlir (bir ailənin 4 nəfərlik tərkibini nəzərə alsaq) 14.000 manat olmalıdır və bu gəliri əldə etmək üçün 9 hektar orta əkin sahəsi lazımdır. Görəsən, Məcnun müəllim 9 hektarda nə əkdi, nə becərdi ki, 14.000 manat gəlir əldə etdi? Hesab edirəm ki, bu cür yanaşma manipulyasiyadır! Açıq-aydın görünür ki, bu cür hesablama kənd təsərrüfatındakı geriləmələri ört-bastır etmək məqsədi ilə aparılıb. Mən isə 9 hektar yox, Məcnun müəllimin çox az hesab etdiyi 1,7 hektarın üzərində hesablama aparacam.

Konkret misal çəkim. Şəmkir rayonunun Sabirkənd kəndində eyni sahədə ildə iki dəfə kartof yetişdirirlər. May ayında faraş kartofu çıxarıb kilosunu topdan 60 qəpiyə, noyabr ayında isə kilosunu 1 manatdan satırlar. Məcnun müəllimin az hesab etdiyi 1,7 hektardan 80 tonadək məhsul əldə edilir. Əgər Məcnun müəllim suvarma suyu ilə təminatı davamlı təşkil edərsə, 1,7 hektardan 100 tondan çox məhsul əldə etmək olar. Təqdim etdiyim rəqəmləri əsas götürərək hesablasınlar, 1,7 hektar sahədən il ərzində nə qədər gəlir əldə etmək olar?

Suvarılan sahələrdə (ölkə üzrə 1,4 milyon hektar) ildə iki dəfə məhsul götürmək olur. Əgər Məcnun müəllim suvarma suyu, keyfiyyətli toxum, gübrə ilə təminatı davamlı təşkil edərsə, 1,7 hektarda iyun ayında 10 tondan çox arpa, sentyabr ayının sonlarında 12-14 ton qarğıdalı dəni almaq olar. Bu da il ərzində orta hesabla 27 min yem vahidi edir. Məcnun müəllim işçilərinə tapşırıq versin, onlar da hesablasınlar, əgər həmin kəndli həm də kökəltmə ilə məşğul olarsa, onun gəliri il ərzində nə qədər olar?

- Nazir deyir ki, dənli bitkilərin əkin sahəsi azalıb. Onun sözlərinə görə, dənli bitkilər ən az dəyər yaradan məhsullardır. Bildirib ki, son 5 ildə 30.000 hektara yaxın yeni meyvə bağları salınıb və bu bağlar həm iş yeri baxımından, həm də gəlirlilik baxımından daha səmərəlidir… 

- Məcnun müəllim nazirliyin əsas vəzifəsinin ərzaq təhlükəsizliyinin təminatı olduğunu unutmamalıdır. Dənli bitkilər ən çox dəyər yaradan məhsullardır. Gündəlik ən çox tələb olunan çörək, ət, süd, pendir, kərə yağı, yumurta və sair məhsullar dənli bitkilərin məhsulları hesabına əldə edilir və həmin məhsulların qiyməti gün-gündən artır. Azərbaycanın ən çox ixrac etdiyi xurma isə bu il ağacların başında qalıb çürüyür. Mən Məcnun müəllimə məsləhət görərdim ki, müqayisə edəndə dərindən analiz etsin, sonra fikir bildirsin. 

E.Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Noyabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15560

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see928

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see279

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see203

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see159

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see141

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see135

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see133

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see126

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri