Icma.az
close
up
RU
İndoneziya gəncləri Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

İndoneziya gəncləri Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İndoneziya Milli Gənclər Şurası və bu ölkənin ən böyük gənclər təşkilatlarından olan İndoneziya İƏT Gənclər Təşkilatı Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla 613 nəfərin qətlə yetirildiyi, sakinlərin yurdlarından qovulduqları vurğulanıb. Qeyd olunub ki, Xocalı qırğını beynəlxalq qanunların, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının, Soyqırımı Konvensiyasının, Uşaqların Hüquqlarına dair Konvensiyanın tələblərini pozub.

Bəyanatda deyilir ki, Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası kütləvi qətliam barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılmasına, onun soyqırımı kimi tanınmasına yönəlib. Bu günə qədər 18 ölkə, ABŞ-ın 24 ştatı, İslam əməkdaşlıq Təşkilatı (İƏT) və Türk Dövlətləri Təşkilatı (TDT) kütləvi qətliamı soyqırımı kimi tanıyıb və ya qətlləri pisləyib.

Hər iki təşkilat Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!-Qarabağa azadlıq!” beynəlxalq kampaniyasında iştirak etdiyini vurğulayıb, indoneziyalı gəncləri Xocalı soyqırımı ilə əlaqədar qardaş Azərbaycan xalqı ilə həmrəylik göstərməyə, Ermənistan ordusunun törətdiyi vəhşiliklər barədə məlumatlılığı artırmağa çağırıb.

Qeyd edək ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar İndoneziyanın nüfuzlu media qurumlarından olan “Radio Republik Indonesia” (IPR) və “Mi’raj” Xəbər Agentliyi (MINA), habelə Filippinin populyar “The Manila Times” qəzetlərində məqalələr dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri