İndoneziyada göyərtəsində səkkiz nəfər olan helikopter yoxa çıxıb
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İndoneziyanın Qərbi Kalimantan əyalətində göyərtəsində səkkiz nəfər olan helikopter radarlardan itib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli axtarış-xilasetmə agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, yerli "Matthew Air Nusantara" aviaşirkətinə məxsus helikopter region daxilindəki yaşayış məntəqələri arasında reys həyata keçirirmiş. Havaya qalxdıqdan bir müddət sonra hava gəmisi ilə əlaqə kəsilib. Helikopterin göyərtəsində iki ekipaj üzvü və altı sərnişin olub.
İndoneziya hakimiyyəti helikopterin itdiyi ehtimal olunan əraziyə 20-yə yaxın xilasedici göndərib. Əməliyyata ölkənin hərbi-hava qüvvələrinin bir helikopteri də cəlb olunub.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 16 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















