Icma.az
close
up
RU
İnfarkt və insultdan qoruyan 10 MƏHSUL

İnfarkt və insultdan qoruyan 10 MƏHSUL

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ürəkdə və ya beyində olan damarlar trombla tutulduqda və ya partladıqda bu infarkt və ya insult kimi ağır pozulmaların inkişafına səbəb olur.

Bu pozulmaların qarşısını almaq üçün damarların sağlamlığını və elastikliyini qorumaq lazımdır. Bu işdə bizə bəzi adi məhsullar kömək edə bilər.

Kardioloqlar infarkt və insultun profilaktikası üçün qidalanmaya bu kimi məhsulları tez-tez daxil etməyi tövsiyə edirlər:

1. Cəfəri

Bu göyərti kiçik damarları möhkəmləndirir, təngnəfəslikdən azad edir, ürəyi möhkəmləndirir.

2. Qırmızı kartof

Qırmızı rəngdə olan kartof sortları ürək və damarlar üçün çox faydalıdır. Kartofu qabıqla bişirin. Qabığın altında faydalı maddələr daha çoxdur.

3. Pomidor

Pomidor ürək və damarlar üçün çox vacib olan kalium, maqnezium və həmçinin ürək üçün superfaydalı olan likopin antioksidantla zəngindir. Tomat və onun şirəsi arterial təzyiqi aşağı salmağa kömək edir.

4. Ərik

Kardioloqların fikirinə görə, hər gün 2-3 ədəd ərik və ya ərik qurusu yeyən insan özünü ürək və damar xəstəliklərindən qoruyur.

5. Moruq

Salisil turşusu ilə olduqca zəngin olan moruq qanı duruldur, trombların qarşısını alır, damarların spazmını azaldır.

Moruq mövsümündə hər gün 1/2 stəkan giləmeyvə yeyin.

6. Qaragilə (mərcanı)

Damarlar üçün olduqca faydalı giləmeyvədir.

7. Turşəng

Turşəng turşusu qanı duruldur və damarların tonusunu artırır. Nəzərə alın ki, söhbət yalnız təzə turşəngdən gedir. Bu göyərtini tez-tez salatlara əlavə edin.

8. Üzüm

Qırmızı və qara üzüm növləri damarları tonusda saxlamağa kömək edir, trombların əmələ gəlməsinin qarşısını alır.

9. Sarımsaq

Sarımsaq damarlara güclü stimullaşdırıcı təsir edir, tromblaşmanın qarşısını alır. Həkimlər sarımsağı yedikdən əvvəl onu əzməyi tövsiyə edirlər. Bu halda sarımsağın müsbət təsiri artır.

10. ZəncəfilKapsaisin maddəsi ilə zəngin olan zəncəfil qan dövranını stimullaşdırır, damarlarda spazmları azaldır. Məhz bu təsirinə görə zəncəfil çayı baş ağrıları və hipertoniya zamanı yaxşı kömək edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 05:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri