Icma.az
close
up
RU
İnfarkt və insultun qarşısını alan QİDALAR

İnfarkt və insultun qarşısını alan QİDALAR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir çox xəstəliklər vardır ki, onlar qanın laxtalanmasının çox olması səbəbindən baş verir. Bu xəstəliklərə infarkt, insult, tromboflebit, venaların varikoz genəlməsi və s. aiddir.

Sadalanan xəstəliklərin əmələ gəlmə səbəbini birləşdirən ortaq nöqtə qanın laxtalanma qabiliyyətinin çox olmasıdır. Qanın laxtalanma qabiliyyəti çox olduqda o damarlarda normal dövr edə bilmir və hərəkət etdiyi nahiyələri lazımınca qidalandırmır. Bu ən çox beyin qan damarlarında baş verdiyi zaman daha təhlükəli olur.

Qan dövranının zəifləməsi qanın işlədiyi yeri yetərincə oksigenlə qidalandırmadığı üçün həmin nahiyələr oksigen aclığı yaşayır. Bu orqanizmin istənilən orqan və toxumalarında baş verə bilir. Qanın yaxşı işləmədiyi nahiyələrdə isə infarkt, insult və bu kimi müxtəlif xəstəliklər meydana çıxır. Bunun baş verməməsi üçün isə xəstələr uzun müddət qan duruldan dərmanlardan istifadə edir.

Amma bəzi qidalar da vardır ki, onları qida rasionunuza daxil etməklə siz qanınızın laxtalanma qabiliyyətini normallaşdıra bilərsiniz. Sizləri qanın tərkibinin dəyişilmsinə təsir edən qida maddələrini təqdim edirik.

1. Qanı duruldan qidalar.

Çoxlu su için. Su dedikdə mütəxəssislər təbii bulaq suyunu nəzərdə tutur. Hər böyük adam ən azı gün ərzində 2-2,5 litr su içməlidir. Bu ən çox isti havalarda vacib sayılır. Bol içilən təbii su qanda trombların əmələ gəlməsinin qarşısını alır. Bundan başqa mütəxəssislər profilaktika məqsədilə qanın laxtalanmasının azalması üçün aşağıdakı qidalardan istifadə etməyi məsləhət bilir:
* zeytun və kətan yağı
* alma sirkəsi
* sarımsaq və soğan (mütəmadi olaraq istifadə etmək)
* limon
* günəbaxan tumu
* çuğundur
* tomat və pomidor
* zəncəfil
* moruq, çiyələk, böyrütkən, albalı.

Bu sadalananların hər gün ən azı ikisinin süfrədə olması qanın laxtalanmasının qarşısını alır.

2. Mütəxəssislər qanın laxtalanmasını sürətləndirən qidaların adlarını açıqladılar. Bunlara aiddir:
* ət bulyonu
* kolbasa və sosiska
* hisə verilmiş qidalar
* ağ çörək
* qaymaq
* bağayarpağı
* banan və manqo
* bəzi bitki çayları (pişikotu, qarğıdalı saçağı, aloe, dəvədabanı)

Həmçinin siqaret, spirtli içkilər, çoxlu duz qəbulu, sidikqovucular, hormonlar dərmanlar da qanı qatılaşdırır.

Mütəxəssislər qanın normal işləməsi və bütün toxumaları qidalandırması üçün çoxlu piyada gəzməyi, idmanla məşğul olmağı məsləhət bilirlər. (milli.az)

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 01:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri