Icma.az
close
up
RU
ING Azərbaycanda 2025 2026 cı illər üçün inflyasiya proqnozunu yenidən nəzərdən keçirib

ING Azərbaycanda 2025 2026 cı illər üçün inflyasiya proqnozunu yenidən nəzərdən keçirib

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,1 %, 2026-cı ildə isə 5,8 % olacağını proqnozlaşdırır.

 ING xəbər verir ki, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, növbəti il üçün isə 0,5 faiz bəndi artıb.

"Tələb səbəbindən yaranan inflyasiyanı stimullaşdıran amillərin zəifləməsi ərzaq seqmentində davam edən təzyiqlərə baxmayaraq, istehlak qiymətləri indeksinin illik artımını avqustda 4,9 %-ə endirməyə imkan verib. Aprel-may aylarında bu göstərici pik həddə çataraq 6,3 % olub. Proqnoz göstəriciləri, o cümlədən istelak qiymətləri indeksi neftin ucuzlaşması sayəsində qiymət təzyiqinin bir qədər yumşaldığını göstərir, baxmayaraq ki, ərzaq komponentlərinin xərcləri və tələbdən qaynaqlanan təzyiq yüksək olaraq qalır", - hesabatda qeyd olunur.

Analitiklər qeyd edirlər ki, Azərbaycan Mərkəzi Bankı istehlak qiymətləri indeksinin ortamüddətli perspektivdə illik ifadədə 5 %-dən aşağı olacağını gözləyir ki, bu da onun hədəf diapazonuna (4±2 %) uyğundur.

"İyul ayında AMB əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq 7 %-ə endirib və bu addımı inflyasiya dinamikasının yaxşılaşması və daha sabit xarici mühitlə əlaqələndirib. Lakin davam edən büdcə stimullaşdırması və bankların maliyyələşmə bazalarının dollarlaşma səviyyəsinin yüksək olması, inflyasiya cəbhəsində əlavə müsbət sürprizlərin olmayacağı təqdirdə faiz dərəcəsinin daha da azaldılması imkanlarını məhdudlaşdırır", - hesabatın müəllifləri vurğulayır.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, gələn il 4,8 % təşkil edəcək.

Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin iyul ayı) görə, cari ildə inflyasiya 5,7 %, 2026-cı ildə isə təxminən 5,3 % olacaq.

BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, gələn il isə 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı Azərbaycanda 2025-2026-cı illərdə orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 5,7 %, illik inflyasiyanın isə 5,2 % olacağını proqnozlaşdırır. Fondun gözləntilərinə görə, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək. Asiya İnkişaf Bankı 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.

"S&P Global" və "Moody's" beynəlxalq reytinq agentlikləri 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın müvafiq olaraq 4 % və 3 %, "Fitch Ratings" isə 2025-ci ildə 5,3 % və 2026-cı ildə 4,6 % səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 5,6 % təşkil edib.

report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://banco.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see295

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see234

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see189

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see178

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see149

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see147

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see144

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see141

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see134

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see132

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see131

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see128

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see127

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see126

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see126

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see126

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see126

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri