İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır Barselona nın ulduzu
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Barselona"nın və Braziliya millisinin cinah hücumçusu Rafinya İngiltərə Premyer Liqasının (İPL) səviyyəsindən danışıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisindən öncə "Lids Yunayted"də oynamış vingerin sözlərini "Barca Universal" belə çatdırıb:
"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır. İPL-də rəqiblərin kimliyindən asılı olmayaraq, 90 dəqiqə komandaların bir-birinə hücum etdiyini izləyirsiniz".
Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"dadır. Cari mövsüm "blauqrana" forması ilə 54 matça çıxan cənubi amerikalı 34 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən futbolçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Rafinyanın transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 May 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















