İngiltərədə Qurban Qurbanovun səhvini tapdılar ağır məğlubiyyətin səbəbi nə imiş?
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Təbii ki, “Qarabağ”ın “Liverpul”a böyük hesabla uduzması da ehtimallar sırasındaydı. Ancaq bunu, xüsusən 6 cavabsız qolun buraxılacağını proqnozlaşdıranların sayı az idi. Etiraf edək ki, “köhlən atlar” “Enfild”də özünə bənzəmədi. “Dişsiz” hücum, etibarsız müdafiə xətti, bir sözlə, aşağı səviyyəli performans.
Bu məğlubiyyətin səbəbləri haqda çox danışılıb. Rəqibin səviyyəsini qabardanlar da var, “Ayntraxt”la oyundan sonra ağdamlıların arxayınlaşdığını deyənlər də. Hər halda, baş məşqçi Qurban Qurbanov da ikinci amilin üzərində dayanıb.
İngiltərənin “Sky Sport” nəşri də bu yöndə mülahizələrini irəli sürüb:
“Ceremi Frimponqun erkən zədəsi gecənin çətin keçəcəyinin xəbərçisi idi. Çünki “Liverpul”un zədə böhranı bununla daha da dərinləşdi. İş ondadı ki, “Qarabağ” “qırmızılar”a sərf edən tərzdə oynadı. Qonaqların iddialı hücumlara imza atmağa çalışması “Liverpul”un arxa xətdəki boşluqları daha tez tapmasına səbəb oldu. Halbuki “Qarabağ”ın fərqlənmək üçün yetərincə şansları ortaya çıxa bilərdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 31 Yanvar 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















