Icma.az
close
up
RU
İngiltərədə sığınacaq axtaranların yerləşdirildiyi otelə fişəng atılıb

İngiltərədə sığınacaq axtaranların yerləşdirildiyi otelə fişəng atılıb

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Esseks qraflığının Eppinq şəhərində yerləşən “The Bell” otelində sığınacaq axtaranların yerləşdirilməsi ilə bağlı davam edən etirazlar zamanı gərginlik yenidən artıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, cümə gecəsi otel qarşısına fişəng atılması ilə bağlı bir nəfər hücumda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Polisin yaydığı videoda üzünü örtmüş bir şəxsin otel qarşısında dəmir baryerlərin üzərindən bir neçə fişəng atdığı əks olunub.

Esseks polisi həmin gecə saat 06:00-dək qüvvədə qalmaqla şəhərin bütün ərazisini əhatə edən dispersiya əmri tətbiq edib. Bu qərar polislərə ictimai asayişi pozan və ya pozmağa hazırlaşan şəxsləri ərazidən uzaqlaşdırmaq və əmrlərə tabe olmayanları həbs etmək səlahiyyəti verir.

Son aylarda oteldə yerləşdirilən sığınacaq axtaranlarla bağlı etirazlar və iğtişaşlar davam edir. Hadisələrdən biri zamanı otelin bir sakini 14 yaşlı qıza seksual hücum etmişdi ki, bu da narazılıqları daha da artırıb.

İndiyədək otel yaxınlığında 30-dan çox şəxs saxlanılıb, onlardan 21-i polis əməkdaşına hücum və zorakı iğtişaş da daxil olmaqla müxtəlif ittihamlarla məhkəməyə verilib. Son saxlanılma isə bu həftənin əvvəlində etirazçılar üçün müəyyən edilmiş qaydalara əməl etməyən iki nəfərin məhkəməyə verilməsindən sonra qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri