Icma.az
close
up
RU
İNHISARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

İNHISARÇI OLİQARXLARA QARŞI YENİ “SAVAŞ” BAŞLAYIR? Görünür, hökumət vəziyyəti dəyişmək istəyir”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər Sərəncamı ilə Elnur Bağırov agentliyinin sədri təyin edilib.

Azərbaycanda inhisarçılıq iqtisadiyyatın ən iddi problemlərindən birinə çevrilib. Xüsusən xidmət sektorunda fəaliyyət göstərən dövlət qurumları hegemon mövqeyə malikdir və bir çox hallarda əsaslandırlmamış, əhalinin mənafeyinə zidd olan qərarlar qəbul edə bilirlər.

Məsələn, ötən il avqustun 15-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tabe olan “Aztelecom” dövlət telekommunikasiya provayderi davam edən antiinhisar araşdırmalarına baxmayaraq, qiqabit passiv optik şəbəkə (GPON) xidmətlərinin tariflərini artırıb.

Yenidən nəzərdən keçirilmiş tariflərə əsasən, minimum trafik sürəti 40 Mbit/s-dən 100 Mbit/s-ə yüksəlib. İndi istehlakçılar ayda 100 Mbit/s üçün 25 manat, 150 Mbit/s-ə 30 manat və 250 Mbit/s-ə 36 manat ödəyəcəklər. Bundan əvvəl 40 Mbit/s sürətli ən aşağı paket 18 manata başa gəlirdi.

Elan Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yoxlaması fonunda verilib. Avqustun 14-də agentlik “Aztelecom” və “Baktelecom” dövlət telekommunikasiya provayderlərinin tətbiq etdikləri qiymət dəyişikliklərinin yoxlanılmasına başlayıb. Araşdırmada məqsəd provayderlərin hərəkətlərinin Rəqabət Məcəlləsinə uyğun olub- olmadığını və yeni tariflərin hüquq normalarına uyğun tətbiq edilib-edilmədiyini müəyyən etməkdir.

Aradan yarım il vaxt keçsə də bu araşdırmanın nətcələri haqda ictimaiyyətə heç bir məlumat verilməyib. Maraqlıdır, həmin qurumun bazasında yaradılan, bilavasitə Prezidentə tabe olan Dövlət Agentliyi və onun yeni sədri təbii inhisarçılarla "vuruşa" biləcəkmi?

Azərbayan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, ötən il Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı Dövlət Agentliyinə çevrilmişdi. Onun sözlərinə görə, Antiinhisarın statusu xeyli gücləndirilib və qurum Nazirlik tabeliyindən birbaşa Prezident tabeliyinə keçirilib.

Ekspert hesab edir ki, ötənlərə baxanda görünür ki, bu qurumun status dəyişməsi elə də asan olmayıb: “Qurumun statusu dəflərlə dəyişikliyə məruz qalıb. Hətta elə dövr olub ki, Prezidentin sərəncamı olmasına baxmayaraq bu qurumla bağlı Əsasnamə və strukturları təsdiqləmək mümkün olmayıb, yenidən köhnə statusuna qaytarılıb. İndi qurum yenidən Agentliyə çevrilib. Həm də birbaşa Prezident tabeliyinə keçib. Yeni struktur və yeni Əsasnamə qəbul edilib. Rəqabət Məcəlləsinin qəbulundan sonra bunlar gözlənilən idi. Görünür, hökumət satınalma və rəqabət sektorunda vəziyyəti dəyişmək istəyir”.

Ekspert qeyd edir ki, ötən rəhbərlik dövründə sektorda müəyyən addımlar atılıb: “Xüsusən də 17 il gözləyən Rəqabət Məcəlləsinin qəbulunda Antiinhisarın ötən rəhbərliyinin böyük rolu olub, e-satınalma portalına da müsbət istiqamətdə bir xeyli əl gəzdirilib. Rəqabət mütihinin pozulması ilə keçirilən tenderlərin ləğvi, təbii inhisarçılarla münasibətlərin qaydaya salınması istiqamətində müəyyən işartılar olub”.

Bununla belə O.Gündüz vurğulayıb ki, rəqabətli mühitin formalaşması, istehlakçıların hüquqlarının qorunması və satınlamalarda problemlər çox idi. Onun sözlərinə görə, təbii inhisarçılarla vəziyyət daha dözülməz idi.

“Antiinhisarın köhnə rəhbərliyi təbii inhisarıların “kartel sövdələşməsi” etdiyini açıqlasalar da, bundan o tərəfə gedə bilmədilər. Sövdələşmə indiyədək də qüvvədədir. İstehlakçıalrn hüquqlarının qorunmasında da xeyli problemlər var, xüsusən də rəqəmsal sektorda”, - o, qeyd edib.

Ekspert bildirir ki, bəzən, böyük məbləğli tenderlerin keçirilmə formaları, bu tenderlərdə üstünlük əldə etmək üçün tətbiq edilən şərtlər mübahisə və müzakirə mövzusuna çevrilir:

“İndi Prezidentin Sərəncamı ilə, köhnə strukturda rəis müavini olan Elnur Bağırov Agentliyin Sədri təyin edilib. Yəni Nazirlik tabeliyindəki qurumda müavin olan Elnur müəllim, indi birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olub. Elnur müəllim həm sektoru gözəl bilir, həm də biznes sahəsində çalışdığından biznesin incəliklərini yaxşı bilir. Xeyli müddət istehlakçılarla bağlı struktura da rəhbərlik edib. Məmməd müəllimdən fərqli olaraq, Elnur müəllimin daha rəqabətli mühitin və daha məmnun istehlakçı mühitinin inkişafı üçün start vəziyyəti xeyli üstündür”.

Osman Gündüz hesab edir ki, birbaşa Prezidentə tabe olan qurumun rəhbəri olaraq onun haqsız rəqabətə qarşı, oliqarxlarla və təbii inhisarçılarla vuruşmaq üçün daha münbit şəraiti var.

"Vuruşa" biləcəkmi, yaxud "vuruşmaq" istəyəcəkmi, onu da yaxınlarda görəcəyik”, - ekspert yekunlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri