Icma.az
close
up
RU
İnkişaf yolunun dəqiq konturları

İnkişaf yolunun dəqiq konturları

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkəmizin yeni dövrdəki strateji hədəflərini müəyyən edən fundamental bir siyasi proqram xarakteri daşıyır. Dövlətimizin başçısının ötən il baş verən əsas hadisələr, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulması, Zəngəzur dəhlizinin işə salınması, artıq sülh şəraitində yaşamağımız və digər qlobal məsələlər barəsində fikirləri böyük maraqla qarşılanmışdır.

Bu tarixi müsahibə, sadəcə, keçən ilin hesabatı deyil, həm də qalib bir dövlətin dünyaya təqdim etdiyi sabitlik manifestidir. Məhz buna görə də dövlətimizin başçısının hər bir fikri analitik dərinliyi və milli mənafelərə söykənən qətiyyəti ilə seçilir.

Prezident İlham Əliyevin liderlik fəlsəfəsinin mərkəzində dayanan güclü dövlət konsepti müsahibədə özünün ən kamil ifadəsini tapdı. Dövlətimizin başçısının iqtisadi suverenliklə bağlı gətirdiyi arqumentlər Azərbaycanın maliyyə müstəqilliyinin hər hansı kənar təzyiq vasitəsini sıfra endirdiyini bir daha sübut etdi. Yəni, dövlət başçımız xüsusilə beynəlxalq maliyyə reytinqlərindəki yüksəlişi və qızıl ehtiyatlarının artırılmasını strateji bir zireh kimi xarakterizə etdi.

Ötən ilin yadda qalan prioritet məsələlərindən birinin də Azərbaycan-Amerika münasibətlərində irəliyə doğru atılan qətiyyətli addımın olduğunu vurğulamaq istəyirəm. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ABŞ-Azərbaycan əlaqələrinin üzərində qara bulud kimi 907-ci düzəliş fırlanırdı. Nəhayət 907-ci düzəliş 33 ildən sonra ötən il ləğv olundu. Azərbaycan dövlətinin, onun lideri İlham Əliyevin düzgün müəyyənləşdirdiyi xarici siyasət sayəsində Amerika-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymuşdur.Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasətinin əsas tərkib hissələri olan müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında mühüm uğurlara imza atıldı. Xarici siyasətlə bağlı digər önəmli nailiyyət ölkəmizin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsidir. Bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Eyni zamandaböyük əhəmiyyət daşıyan hadisələrdən biri də Çinlə olan strateji tərəfdaşlığımızdır. Çin ilə əmtəə dövriyyəsi 4 milyard dolları keçib.

Ordu quruculuğu məsələsində səsləndirilən fikirlər dövlətimizin hərbi qüdrətinin kəmiyyət və keyfiyyət baxımından çatdığı zirvəni göstərir. Yerli müdafiə sənayesinin ixrac potensialının yüksəlməsi regionda sülhün ən böyük təminatçısının məhz Azərbaycan Ordusu olduğunu təsdiqləyir.

İşğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini Böyük Qayıdışın növbəti mərhələsi kimi təqdim edən dövlətimizin başçısı Qarabağın dünyanın ən modern bölgələrindən birinə çevriləcəyinə dair güclü iradənin olduğunu nümayiş etdirib.Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin strateji əhəmiyyəti barədə verilən analitik şərhlər Azərbaycanın qlobal logistik qovşaq statusunu möhkəmləndirir. Prezident İlham Əliyev vurğuladı ki, bizim iştirakımız olmadan regionda heç bir strateji layihə reallaşa bilməz.

Müsahibədə sosial ədalət prinsiplərinə və vətəndaş rifahına ayrılan xüsusi yer xalq-iqtidar birliyinin nə qədər səmimi təməllər üzərində qurulduğunun bariz nümunəsidir. Milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışlar liderin öz xalqının tarixinə və kimliyinə olan dərin bağlılığının təzahürüdür.

Dövlətimizin başçısının qlobal iqlim dəyişikliyi və COP29 sonrası Azərbaycanın yaşıl enerji strategiyası haqqındakı vizyonu ölkəmizin gələcək texnologiyalar dövrünə tam hazır olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan neft amilindən asılılığı minimuma endirərək intellektual resurslara əsaslanan yeni iqtisadi modelə uğurla keçid edir.

Bir sözlə qeyd etmək istəyirəm ki, müsahibənin hər bir cümləsi ölkəmizin güclü liderlik, aydın məqsədlər və milli maraqlara əsaslanan siyasət sayəsində inamla irəlilədiyini sübut edir.Bu müsahibə modern Azərbaycanın dövlətçilik tarixinin ən parlaq və ən mühüm sənədlərindən biri kimi yaddaşlara həkk olundu.

Nizami NOVRUZOV,

texnika üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri