“İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram” Nigar Köçərli məhkəməyə hazırlaşır FOTO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” hospitalına qarşı məhkəmə çəkişməsinə hazırlaşdığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.
“Vəkilim hörmətli Zibeydə Zəkəriyyəyevadır.
Ağrıyan insan canı üzərindən böyük məbləğlər alıb, əvəzində lazımi tibbi xidmət göstərməyən mütəşəkkil sistemə qarşı çıxıram. Qarşıda uzun bir yol var. Amma bu yolda tək deyiləm. Onların əməllərindən əziyyət çəkən bütün pasiyentlərin nümayəndəsiyəm.
İnsan xəstəliyi ilə alver edənlərə qarşı çıxıram. Xəstələrə qayğı tələb edirik. Ağrılarımızı baha qiymətləndirib, ucuz xidmət göstərən fırıldaqçı yanaşmaya qarşıyıq”, – deyə Nigar Köçərli qeyd edib.
Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi.
Lalə, BakuPost

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Fevral 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















