Icma.az
close
up
RU
İnsanların şad gününü qeyd etməsinə məhdudiyyət qoyulması iqtisadi aktivliyə mənfi təsir göstərə bilər

İnsanların şad gününü qeyd etməsinə məhdudiyyət qoyulması iqtisadi aktivliyə mənfi təsir göstərə bilər

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistanda toy və digər ailəvi mərasimlərin keçirilməsi qaydasına ciddi nəzarətin qurulması üçün kompleks yanaşma elan olunub. Qərarda ailəvi tədbirlərdə 200, toy məclislərində 250 nəfərədək qonaq iştirak edə biləcəyi qeyd olunub. Həmçinin Özbəkistanın milli dəyərlərinə yad, həddən artıq təmtəraqlılığa səbəb olan bəzi ayin və şoular da ciddi şəkildə məhdudlaşdırılacaq. Prezident Şavkat Mirziyoyevin 2025-ci il aprel tarixli fərmanı ilə bu prosedurların daha da təkmilləşdirilməsi mexanizmlərinin işlənib hazırlanması vəzifəsi qoyulub. Avqust ayında parlament qərar layihəsi qəbul edib.Azərbaycanda keçirilən toylar üçün belə məhdudiyyətə ehtiyac varmı? Bu cür məhdudiyyət ölkə iqtisadiyyatına necə təsir edə bilər?

Mövzu ilə bağlı Bizimyol.info portalına danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, toylarla bağlı hər hansı məhdudlaşmanın aparılması tezdir: “İctimai rəy daha çox yas mərasimləri ilə bağlı tənzimləməni və ya müəyyən məhdudlaşmanı müzakirə edib. Toylarla bağlı hər hansı məhdudlaşmanın tətbiqi bizim cəmiyyət üçün tezdir. Hesab edirəm ki, iqtisadi baxımdan da düzgün deyil. Belə ki, bütün toy mərasimləri hazırlıqlı aparılır. İnsanlar adətən toy mərasimlərinə öncədən hazırlaşırlar. Digər tərəfdən hər bir ailə toy mərasimini öz büdcəsinə uyğun keçirir. Heç də məcbur deyil ki, dəbdəbəli toy keçirsinlər. Razıyam ki, yas mərasimlərində israfçılıq çoxdur. Düzdür, toylarda da israfçılıq az deyil. Nə qədər ərzaq tullantı qutularına atılır. Amma toyda qonaqların sayına gəldikdə, bu da insanların imkanına bağlı olan məsələdir. Əlbəttə ki, bu prorses ailələrin razılaşması ilə baş verir.

Prosesə bu cür müdaxilə və dövlət tənzimlənməsi müəyyən iqtisadi risklər də yaradır. Çünki bu qərar bizdə azad bazar münasibətlərinə zidd məhdudiyyət sayıla bilər. Hər kəs öz büdcəsinə görə istədiyi dəbdəbəli şəraitdə, hər hansı bir məclisdə və yaxud sadə toyda iştirak edə bilər və cütlüklər üçün müəyyən hədiyyələr təqdim edə bilər. Bu baxımdan hesab edirəm ki, bu məsələni ictimai monitorinq və ya ictimai qınaqla həll etmək olar”.

Eyyub Kərimli

Eyyub Kərimli vurğulayıb ki, hazırkı vəziyyətdə bu məsələ bir o qədər də aktual deyil: “İnsanlar şad gününü hansı formada qeyd edirsə, buna məhdudiyyət qoyulması digər tərəfdən iqtisadi aktivliyə də mənfi təsir göstərir. Bu baxımdan hesab edirəm ki, bu qaydanın həyata keçirilməsi real görünmür və hazırkı vəziyyətdə bir o qədər də aktual deyil.

Kimsə ad gününü 100 nəfərlə yubiley keçirir, kimsə evində ailəsi ilə keçirir. Buna da qadağa qoyaq? Hər şeyi bu cür məhdudlaşdırmaq həm iqtisadiyyata, həm də insanların həyat tərzinə mənfi təsir göstərir. Bu, insanın büdcəsinə bağlı olan məsələdir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri