Icma.az
close
up
RU
İnsanlıq tarixinin ƏN PİS İLİ AÇIQLANDI

İnsanlıq tarixinin ƏN PİS İLİ AÇIQLANDI

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Harvard Universitetinin tədqiqatçıları eramızın 536-cı ilini insanlıq tarixinin ən ağır dövrlərindən biri hesab edirlər. Həmin il baş verən nəhəng vulkan püskürməsi atmosferə böyük miqdarda kül və qaz yayaraq Günəş işığının qarşısını alıb, temperaturun kəskin düşməsinə və uzunmüddətli “vulkanik qış”a səbəb olub.
Bizim.Media xəbər verir ki, İsveçrə ilə İtaliya sərhədindəki Colle Gnifetti buzlağından götürülən nümunələr 536-cı ildə böyük vulkan püskürməsinin baş verdiyini göstərib.
Atmosferdə yaranan kül və qaz təbəqəsi Avropa, Yaxın Şərq və Asiyanın böyük hissəsində Günəş işığının aylarla zəifləməsinə səbəb olub.
Dövrün Bizans tarixçisi Prokopius da Günəşin adi parlaqlığını itirdiyini və sanki tutulma zamanı olduğu kimi zəif göründüyünü yazıb.
Günəş işığının azalması temperaturun sürətlə aşağı düşməsinə gətirib çıxarıb. Araşdırmaya görə, həmin dövrdə son 2 300 ilin ən sərt soyuqlarından biri yaşanıb.
Soyuq hava kənd təsərrüfatına ağır zərbə vurub, məhsuldarlıq azalıb və genişmiqyaslı ərzaq çatışmazlığı yaranıb. Vəziyyət sonrakı illərdə baş verən yeni vulkan püskürmələri ilə daha da pisləşib.
Fəlakətlər bununla bitməyib. 541-ci ildə Aralıq dənizi hövzəsində Justinianus vəbası yayılıb.
Epidemiyanın yaratdığı böyük insan itkisi və iqtisadi böhran Şərqi Roma İmperiyasının zəifləməsini sürətləndirən amillərdən biri olub.
Tədqiqatçılar hesab edirlər ki, 536-cı ildə başlayan iqlim və iqtisadi böhranın təsirləri təxminən bir əsr davam edib.
Buz nümunələrində 640-cı ilə aid qatlarda qurğuşun izlərinin aşkarlanması həmin dövrdə gümüş hasilatı və metal emalının yenidən canlanmağa başladığını göstərir.
Beləliklə, 536-cı ildə başlayan fəlakətlər yalnız bir neçə ay davam edən iqlim hadisəsi deyil, uzunmüddətli sosial və iqtisadi böhran dövrünün başlanğıcı olub. (Musavat.com)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Avqust 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri