Icma.az
close
up
RU
İpoteka borcunu ödəməsən nə olacaq? Ekspert izah edir

İpoteka borcunu ödəməsən nə olacaq? Ekspert izah edir

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ev almaq bu gün bir çox vətəndaşın əsas məqsədlərindən biridir.

Milli.Az xəbər verir ki, bunun üçün ən geniş yayılmış variantlardan biri ipoteka kreditidir. Lakin bəzi hallarda borcalanın maliyyə vəziyyəti pisləşir və aylıq ödənişləri yerinə yetirmək mümkün olmur.

Bu zaman hansı addımlar atılır?

Ekspertlərin sözlərinə görə, borcalan ödəniş qabiliyyətini itirdikdə ipoteka hüquqlarını başqa şəxsə ötürə bilər. Bu isə yalnız yeni alıcının bankın tələblərinə uyğun olması şərti ilə mümkündür. Belə halda mənzil bazar qiyməti ilə satıldığı üçün vətəndaş adətən ciddi maliyyə itkisi ilə üzləşmir.

Bildirirlər ki, ipoteka kreditləri adətən 4-8 faizlə verilir, mənzil qiymətləri isə illik orta hesabla 15-20 faiz arta bilir. Bu səbəbdən ödəniş edə bilməyən bəzi vətəndaşlar mənzili satışa çıxararaq bazar qiyməti ilə realizə edir və müəyyən mənfəətlə çıxırlar.

Digər məsələ ipotekada olan mənzilin alınması ilə bağlıdır. Ekspertlər qeyd edirlər ki, sənədlər qaydasındadırsa və hüquqi problem yoxdursa, belə mənzilin alınması riskli sayılmır. Lakin əmlak bankdan deyil, tikinti şirkətindən alınırsa, əlavə risklər yarana bilər.

Bəs mənzil banka qaytarıldıqda əvvəl ödənilmiş vəsaitin aqibəti necə olur?

İqtisadçı ekpsert Vüqar Oruc bildirib ki, bu məbləğin geri qaytarılması nəzərdə tutulmur. İzah edib ki, ödənişlər kredit müqaviləsi üzrə öhdəliklərin icrası hesab olunur və bank borcalanın sonradan yaranan maliyyə çətinliyinə görə əvvəlki ödənişləri geri qaytarmır.

Qeyd edək ki, ipoteka krediti zamanı sığorta da tələb olunur. Vüqar Orucun sözlərinə görə, borcalan həyat sığortası etdirdiyi halda vəfat edərsə, qalan kredit məbləğini sığorta şirkəti ödəyə bilər. Bunun üçün kredit götürülərkən həm əmlakın məcburi sığortası, həm də həyat sığortası rəsmiləşdirilməlidir.

Ekspertlər tövsiyə edir ki, ipoteka uzunmüddətli və ciddi maliyyə öhdəliyi olduğuna görə belə qərar qəbul etməzdən əvvəl ödəniş qabiliyyəti düzgün qiymətləndirilməli, risklər nəzərə alınmalı və zərurət yarandıqda mütəxəssislərlə məsləhətləşilməlidir.

Mina 
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Fevral 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri