Icma.az
close
up
RU
İqtisadi inkişaf üçün möhkəm təməl

İqtisadi inkişaf üçün möhkəm təməl

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qarabağ və Şərqi Zəngəzur ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək

Prezident İlham Əliyev “Vergi Xidməti - 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumun iştirakçılarına ünvanladığı müraciətdə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra azad edilmiş ərazilərdə iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldığını diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, bu ərazilərdə infrastrukturun bərpası, yeni sənaye və kənd təsərrüfatı sahələrinin yaradılması istiqamətində atdığımız addımlar, regionun milli iqtisadiyyata reinteqrasiyası gələcəkdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq. Sitat: “İqtisadiyyatın diversifikasiyası və yerli əhalinin sosial rifahının təmin edilməsi bu ərazilərin sürətli inkişafını təmin edəcək, Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcəkdir”.

İqtisadi stimullar, dövlət dəstəyi, vergi güzəştləri

Azad olunmuş ərazilərdə iqtisadi inkişafa töhfə verə biləcək ən mühüm amillərdən biri dövlətin dəstək tədbirləri, tətbiq etdiyi iqtisadi stimullar, əhatəli vergi təşviqi alətləridir. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün uzunmüddətli vergi və gömrük güzəştləri müəyyən edilib. Hökumət  onların biznes fəaliyyəti ilə məşğul olmaları üçün bir çox iqtisadi-vergi güzəştləri tətbiq edib. Belə ki, həmin bölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, yəni sığorta vergisini dövlət özü ödəyir. Bundan başqa, bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir.

Bölgədə çalışan sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlərin verilməsi də təmin olunmaqdadır. Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizlik hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.

Bu çoxşaxəli iqtisadi stimullar paketinin tətbiqi ilə yanaşı, hökumət xarici investorların bölgəyə cəlbini həvəsləndirmək üçün daha cəlbedici sərmayə təşviqləri də planlaşdırır. Dövlət başçısının müraciətində vurğulandığı kimi regionda iqtisadi dayanıqlığın təmin olunması, investisiyaların əhatə dairəsinin daha da genişlənməsi üçün daha cəlbedici biznes və vergi mühiti yaradılmalı, sahibkarlara güclü dəstək verilməlidir.

Azad ərazilərdə sahibkarların sayı artır

Dövlətin bu iqtisadi güzəşt və motivasiyaları sayəsində Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan sahələr formalaşmaqdadır. Bu bölgədə fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı təxminən 5000-i ötüb. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəricilərlə yadda qalıb. Yaxud, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potensialının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. 5-dən çox sahibkarlıq subyekti Parkın rezidenti kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır.

Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin Kəlbəcər və Laçında arıçılıq təsərrüfatları yaradılıb. Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsi icra etməkdədir. Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə artıq sərmayə proqramlarının icrasına başlayıbdır. Türkiyənin “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır ki, fəaliyyət göstərir. Ağdam Sənaye Parkında işlərə start verilib.

Bütün bu amillər Qarabağ və Şərqi -Zəngəzur iqtisadi rayonlarının ilk iqtisadi artımının nümayişidir və bölgə artıq məhsul buraxılışı üçün hərəkətə gətirilib və işğaldan azad edilmiş ərazilər iqtisadi güc mənbəyi kimi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılmasına inteqrasiya olunur.

Bölgədə “yaşıl enerji” istehsalı da yüksəlir

Qarabağ və Şərqi Zəngəzur hidroenerji, külək və Günəş enerjisi, termal su mənbələrinin gücünə görə də, ən zəngin bölgələrdəndir. “Yaşıl enerji” zonası elan edilmiş bu regionda bərpaolunan mənbələrin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır.

Ötən il Qarabağ və Şərqi Zəngəzurdakı enerji mənbələrində yüksək enerji səmərəliliyi qeydə alınıb, ölkənin ümumi enerji sisteminə inteqrasiya prosesi hədsiz dərəcədə yaxşılaşıb. Kəlbəcər rayonu və eyni zamanda, işğaldan azad edilən ərazilərdə ən böyük su elektrik stansiyası hesab edilən 22,5 meqavatlıq “Yuxarı Vəng”, habelə 4,3 meqavatlıq “Zar”, Laçın rayonunda 2,8 meqavatlıq “Zabux”, 4,6 meqavatlıq “Qarıqışlaq”, Zəngilan rayonunda isə hər birinin gücü 10,5 meqavat olmaqla “Şayıflı”, “Zəngilan” və “Sarıqışlaq” su elektrik stansiyaları istismara verilib. Ümumilikdə, bu bölgədə enerji təsərrüfatlarının bərpasına başlanmasından sonra 32 su elektrik stansiyası istifadəyə verilib.

2024-cü ildə bu bölgədə fəaliyyət göstərən 32 su elektrik stansiyasında (SES) 550 milyon kilovat-saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Həmin enerjinin üçdə biri, təxminən 200 milyon kilovat-saatı işğaldan azad edilən ərazilərin özünün enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə respublikanın enerji sisteminə ötürülərək digər bölgələrin tələbatına yönləndirilib. Nəticədə, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

Qarabağ və Şərqi Zəngəzurda 2025-ci ildə 11 su elektrik stansiyasının açılışı da planlaşdırılır ki, nəticədə, əlavə olaraq enerji istehsalı potensialı dövriyyəyə cəlb olunacaq.

Turizm sənayesi dirçəlir

İşğaldan azad olunmuş ərazilərin zəngin turizm potensialları mövcuddur. Artıq bölgədə hotel və turizm obyektlərinin əsası qoyulub, bir neçə hotel istifadəyə verilib. Şuşada “Qarabağ” və “Xarıbülbül” hotelləri, Xankəndidə “Qarabağ” və “Palace” hotelləri istifadəyə verilib fəaliyyət göstərir, Suqovuşanda böyük turizm istirahət kompleksinin yaradılması işləri davam etdirilir, eləcə də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli istifadəyə verilib. Bütün bunlar həmin bölgədə məskunlaşan insanların iş yerləri ilə təminatında mühüm rol oynamaqdadır. Təkcə hotel və istirahət mərkəzlərində 300-dən çox insanın məşğulluğu təmin edilib. Bundan başqa Füzuli və Laçına, Zabuxa qayıdan sakinlərin ənənəvi məşğuliyyətinin bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına başlanılıb.

“Fitch Solutions”un Qarabağ və Şərqi-Zəngəzurla bağlı nikbin proqnozları

Dünyanın nüfuzlu tədiqat institutlarından olan “Fitch Group”a aid “Fitch Solutions” şirkətinin ötən il açıqladığı hesabatda Azərbaycan iqtisadiyyatı, o cümlədən azad ərazilərdəki iqtisadi mənbələrin artıma verəcəyi töhfələr barədə ssenarilərə yer verilib. Hesabatda qeyd edilir ki, Qarabağ və Şərqi-Zəngəzura yatırılan investisiyalar və biznes üçün təmin edilən sağlam investisiya iqlimi yaxın zamanlarda ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək. 2025-ci ildə bu dinamikanın iqtisadi artıma 1,7 faiz-bənd təsir göstərəcəyi ehtimal olunur. 2026-2027-ci illərdə isə iqtisadi inkişafa töhfənin 1,8 - 2 faiz-bənd olacağı gözlənilir.

Ssenarilərə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda sayı daha da artan sənaye obyektləri, ələlxüsus da sənaye parklarında yeni rezidentlərin fəaliyyətə başlaması bu bölgənin sürətli inkişafına və ümumilikdə, ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan yaradacaq. Emal sənayelərinin inkişafı nəticə etibarilə kənd təsərrüfatının inkişafı üçün əlavə stimul verəcək, xüsusilə də sənaye müəssisələrinin rentabelli fəaliyyəti sayəsində Azərbaycanın neft-qaz amilindən asılılığı minimallaşacaq və ÜDM-də qeyri-neft sektorunun payı daha da artıracaq. Bu isə iqtisadi artıma töhfə verməklə, ölkəmizin sosial-iqtisadi inkişafında dayanıqlılığı daha da möhkəmləndirəcək.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see168

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see147

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see133

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see128

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see126

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see125

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see120

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see119

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see118

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri