Icma.az
close
up
RU
İqtisadiyyat İnstitutunun elmi seminarında korrupsiyaya qarşı mübarizə məsələsi müzakirə edilib

İqtisadiyyat İnstitutunun elmi seminarında korrupsiyaya qarşı mübarizə məsələsi müzakirə edilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda müəssisənin direktoru professor Nazim Müzəffərli Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə təsdiqlənmiş iş planının “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” bəndinin icrası ilə bağlı məruzə ilə çıxış edib.

Korrupsiyanın mahiyyəti, növləri, xarakterik xüsusiyyətləri barədə danışan professor rüşvətin əsas mənfi nəticələrinə onun iqtisadi inkişafı, xüsusilə özəl bölməni “boğmağını”, maliyyə vəsaitlərinin xaricə axmağını, ölkəyə (qeyri-neft sektoruna) xarici sərmayə axınının zəifləməsini, ədalətsiz sosial qütbləşməni, ictimai dəyərlər sisteminin deformasiyaya uğramasını və s. aid edib, büdcə oğurluğunu (istər yığım, istərsə də xərclənmə mərhələlərində) korrupsiyanın ən eybəcər forması, dövlət vəsaiti hesabına yaşayan hər kəsin (əsgərin, alimin, müəllimin) cibinə girmək kimi səciyyələndirib.

N.Müzəffərli rüşvəti növlər üzrə təsnifləşdirərək, kompensativ rüşvəti (bazarın verməli olub verə bilmədiyinin rüşvətlə alınmasını), klassik rüşvəti (göstərilən xidmət müqabilində alınan rüşvəti), şərikinə rüşvəti (göstərilən xidmət müqabilində təyin edilən faiz) və qolzoru rüşvəti (zorla “qoparılan” rüşvəti) fərqləndirib. Onun fikrincə, korrupsiya və rüşvətə qarşı effektiv mübarizə aparmaq üçün bunların “anatomiyasını” bilmək, elmi araşdırmalarla qiymətləndirmək lazımdır, çünki müxtəlif formalara qarşı aparılmalı olan mübarizənin metodları fərqlidir.

Məsələn, kompensativ rüşvətə qarşı mübarizədə repressiv üsullar effektiv deyil, iqtisadi islahatlar daha əhəmiyyətlidir. Bu islahatlar ona hədəflənməlidir ki, getdikcə daha çox insanın gəliri bazar vasitəsilə müəyyənləşsin. Bunun üçün mümkün olan bütün sahələrdə özəlləşdirmə davam etdirilməli, özəl səhiyyə və özəl təhsil daha da inkişaf etdirilməlidir. Məmurların əməkhaqqı tam formallaşdırılmalı, dövlət vəsaiti hesabına əməkhaqqı alan insanların gəlirləri bazar tələblərinə yaxınlaşdırılmalıdır. “Kiçik hökumət” prinsipi daha ardıcıl və sürətlə tətbiq edilməlidir.

Klassik rüşvətə qarşı mübarizədə isə vətəndaşın (ilk növbədə sahibkarın) məmura ehtiyacının azaldılması, tənzimləmə qaydalarının sadələşdirilməsi, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi daha effektivdir.

N.Müzəffərli korrupsiya və rüşvətə qarşı ictimai dözümsüzlük şəraitinin yaradılmasını bunların bütün formalarına qarşı mübarizənin universal üsulu kimi səciyyələndirərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin korrupsiya və rüşvətə qarşı mübarizə ilə bağlı mövqeyi daha geniş və aktiv təbliğ olunmalı, bütün səviyyəli kadr təyinatlarında daha dəqiq nəzərə alınmalıdır.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb və suallar cavablandırılıb. Çıxış edənlər antikorrupsiya tədbirləri, onun iqtisadi və hüquqi mexanizmləri barədə mülahizələrini bölüşüblər.

Seminarda İqtisadiyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, DOST agentliyinin, Auditorlar Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, UNEC-in, ADNSU-nun, Qarabağ Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetin, Azərbaycan Kooperasiya Universitetinin əməkdaşları iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see211

Bu ölkələr İsrailə görə Avroviziyadan imtina edəcək

12 Sentyabr 2025 18:39see189

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see180

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see145

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see140

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see139

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see137

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see134

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see129

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see126

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see125

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see124

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see123

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see123

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see121

Ekspert: Aİ və NATO da heç kim Ukraynaya qoşun göndərməyə hazır deyil

13 Sentyabr 2025 08:37see118

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see118

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see118

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see117

Zərərli qidalar beynin fəaliyyətinə mənfi təsir göstərə bilər (ARAŞDIRMA)

13 Sentyabr 2025 23:14see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri