İran ABŞ bazalarını atəşə tutdu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran ordusu ABŞ-nin hücumlarına cavab olaraq, Yaxın Şərq ölkələrində yerləşən Amerika hərbi obyektlərinə zərbələr endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.
Bildirilir ki, İran hərbçiləri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə ABŞ-nin Küveytdəki “Patriot” hava hücumundan müdafiə (HHM) sisteminə, sursat anbarına və hərbi radiolokasiya obyektinə hücum edib. Bundan əlavə, İran ABŞ-nin Bəhreyndə yerləşən hərbi rabitə və radiolokasiya obyektlərini də hədəf alıb.
Məlumata görə, ABŞ-nin Qətərdəki “Əl-Udeyd” aviabazasına, eləcə də İordaniya və Omandakı hərbi obyektlərinə isə ballistik raketlərlə zərbələr endirilib.
Qeyd edək ki, dünən axşam saatlarında ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr dalğasına başlayıb və zərbələr seriyası tamamlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 12 İyul 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















