Icma.az
close
up
RU
İran ABŞ danışıqları ilə bağlı qalmaqal: Bu iddia Tehranı qarışdırdı

İran ABŞ danışıqları ilə bağlı qalmaqal: Bu iddia Tehranı qarışdırdı

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda ABŞ ilə aparılan danışıqlar və əldə olunan razılaşmalarla bağlı ciddi gərginlik yaşandığı iddia olunur.

Turkustan.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mahmud Nəbəvian dövlət televiziyasında çıxışı zamanı dini liderə aid olduğu iddia edilən gizli yazışmalar və məktublardan danışaraq sensasiyalı açıqlamalar verib.

Nəbəviyan bildirib ki, Müctəba Xamenei müzakirə heyətinə gizli məktublar göndərib və danışıqlar üçün 11 şərt irəli sürüb, lakin onun təlimatları yerinə yetirilməyib. Onun sözlərinə görə, bu şərtlər arasında ABŞ-dan təzminat tələb edilməsi, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və uranın zənginləşdirilməsi hüququnun qorunması kimi tələblər yer alır. O həmçinin Hörmüz boğazında İranın tam nəzarətinin təmin olunması və keçid haqqı alınması ideyasının da gündəmdə olduğunu iddia edib.

Açıqlamalardan sonra veriliş qəfil dayandırılıb, daha sonra isə yayımla bağlı yüksək vəzifəli bir şəxsin istefa verdiyi bildirilib. İran dövlət televiziyası IRIB Nəbəvianın iddialarını “qanun pozuntusu” adlandıraraq hüquqi təqib tələb edib. Müzakirə heyəti isə səsləndirilən fikirləri “köhnə və təhrif olunmuş məlumat” kimi qiymətləndirərək təkzib edib.

Məlumata görə, danışıqlar prosesi ətrafında İran daxilində fikir ayrılıqları dərinləşib. İddialar həm hakimiyyət daxilində, həm də siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.

Nəbəvian isə “Telegram” kanalında mövqeyini müdafiə edərək danışıqlardan əvvəl yerinə yetirilməli 4 əsas şərtin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bunlara bölgədə müəyyən hərbi-siyasi gərginliklərin azalması, dondurulmuş vəsaitlərin azad edilməsi, sanksiyaların yumşaldılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması daxildir.

İsveçrədə danışıqları davam edərkən, sızmaların kim tərəfindən yayıldığı ilə bağlı araşdırma aparıldığı qeyd olunub./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyun 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri