İran: ABŞ nin təhdidləri davam etdikcə MAQATE ilə nüvə danışıqları aparılmayacaq
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran ABŞ-nin hərbi hücum təhdidləri davam etdiyi müddətdə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə nüvə obyektlərində yoxlamaların bərpasına dair danışıqların aparılmasının mümkün olmadığını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Associated Press (AP) agentliyinin üzv ölkələrə göndərilən məxfi MAQATE hesabatına istinadən yaydığı məlumata görə, Tehran nüvə yoxlamalarının yenidən başlanması ilə bağlı Agentliyə rəsmi bildiriş göndərib.
İran müraciətində ABŞ Prezidenti Donald Trampın, xüsusilə nüvə obyektlərini hədəf alan yeni hücumlarla bağlı davamlı, açıq və ictimai təhdidlər səsləndirdiyini vurğulayıb. Bu şəraitdə yoxlamalarla bağlı danışıqların davam etdirilməsinin mümkün olmadığı qeyd edilib.
Tehran nüvə yoxlamalarının həyata keçirilməsi üçün zəruri şərtlər bərpa olunana qədər problemin həllinin mümkün olmayacağını bildirib. Bununla yanaşı, əlverişli şərait yarandıqda nüvə təminatlarına dair öhdəliklərini tam yerinə yetirməyə hazır olduğunu vurğulayıb.
MAQATE isə İranın nüvə obyektləri və nüvə materialları ilə bağlı məlumat çatışmazlığının nüvə silahlarının yayılmasının qarşısının alınması baxımından narahatlıq doğurduğunu açıqlayıb.
Agentlik yoxlamaları qısa müddətdə bərpa etməyə hazır olduğunu bildirərək, Tehranı müfəttişlərin ölkəyə qayıtmasını təmin edəcək texniki və mərhələli tədbirləri nəzərdən keçirməyə çağırıb.
Bundan başqa, İran ABŞ-nin nüvə proqramı ilə bağlı məlumat verənlərə 20 milyon dollaradək mükafat vəd etməsindən narahatlığını da MAQATE-yə çatdırıb.
Tehran Agentliyin fəaliyyətinin məxfiliyinin qorunmasının, nüvə proqramına dair məlumatların açıqlanmamasının və sui-istifadə edilməməsinin vacibliyini vurğulayıb.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Noyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















