Icma.az
close
up
RU
İran dərsi: orda idmançılar barrikadada ölür, bizdə isə...

İran dərsi: orda idmançılar barrikadada ölür, bizdə isə...

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Artıq 20 günə yaxındı İranda inanılmaz hadisələr baş verir. 1979-cu ildəki inqilabdan sonra hakimiyyəti ələ keçirən fars-molla rejiminin fəaliyyəti xalqı boğaza yığıb. Dözülməz sosial durum, İran pulunun dəyərsizləşməsi adamların səbr kasasını daşırıb, onlar küçələrə, meydanlara çıxaraq ədalətli idarəçilik, xalqın həyatının, gün-güzəranının yaxşılaşdırılmasını tələb edirlər. İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xameneyinin televiziya müraciətindən sonra vəziyyət bir qədər dəyişib. Daha doğrusu, məlum müraciətdən sonra İranın təhlükəsizlik qüvvələri, SEPAH-a və “Bəsic”ə aid silahlılar dinc etirazçılara qarşı amansız zorakılıq göstərib, onları avtomat silahdan və pulemyotdan atəşə tutub. Ən müxtəlif qaynaqlarda qətlə yetirilənlərin sayı 3 minlə 12 min arasında dəyişir. Bir sözlə, İranda ciddi hakimiyyət böhranı yaranıb. Qonşu ölkədə milyonlarla azərbaycanlının yaşadığını nəzərə alsaq, belə duruma biganə qalmaq mümkünsüzdü. Təbriz, Ərdəbil, Urmiya və güneyli soydaşlarımızın sıx yaşadığı başqa şəhərlər də hakim rejimin zorakılığını, qətliamını yaşayıb. İranda ciddi dəyişikliklər gözlənilir ki, umacağımız azərbaycanlıların bu proseslərdə mümkün qədər az zərər görməsidi.
Minillərlə tarixi olan dövlətdə idman ictimaiyyəti də yaşananların mərkəzindədi, ayrı-ayrı idmançılar və məşqçilər də xalqın yanındadı, rejimin ədalətsizliklərinə etiraz səsini ucaldırlar. Belədə qətlə yetirilənlər arasında onların da olması adi haldı. “Traktor”un sabiq oyunçusu Müctəba Tərşiz həyat yoldaşı ilə birlikdə etirazlar zamanı güllələnərək öldürülüb. Onu barrikadada dayanarkən öldürüblər. Ailənin iki kiçik övladı qalıb. Tehranın Narmak rayonunun “Mahan Novin” həvəskar futbol komandasının baş məşqçisi Mehdi Ləvasani də açılan atəş nəticəsində ağır yaralanıb. Güllə onun kürəyindən daxil olaraq sinəsindən çıxıb. İranın “Farzana Şemiran” basketbol klubunun üzvü, Şərif Texnologiya Universitetinin 21 yaşlı tələbəsi Əhməd Xosrəvani odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Xosrəvani adı çəkilən komandanın tərkibində Tehranın 3x3 basketbol turnirinin qalibi olub, eyni zamanda Tehran Liqasının ən yaxşı oyunçusu seçilib. Etirazlar zamanı daha bir futbolçunun öldürüldüyü bildirilir. 17 yaşlı məktəbli, “Saypa”nın yeniyetmələr komandasında çıxış edən Rəbin Muradi odlu silahla arxadan vurularaq öldürülüb. Sələsbabacanidən olan yeniyetmə futbolçu paytaxtın uşaq-gənclər futbolunda istedadlardan biri kimi tanınıb. Rəbin futboldan əlavə üzgüçülük və güləş növlərində də çempion titullarına malik olub.
Bütün bu zorakılıq, qətl faktlarını sadalamaqda məqsədimiz heç də faciənin miqyasını vurğulamaq, qonşu ölkədə necə böyük fəlakət yaşandığını çatdırmaq deyil. Onsuz da hər şey ortadadı. İnternetin, sosial şəbəkələrin sayəsində dünya o qədər kiçilib ki, ucqar bir dağ kəndində oturmaqla da hər yerdən xəbər tutmaq mümkündü. Bizi düşündürən, maraqlandıran məqam başqadı. İranın idman ictimaiyyəti bu ölkədə baş verən proseslərə belə həssas münasibət göstərirsə, xalqın haqq səsinə qoşulursa, niyə bizdə vəziyyət fərqlidi? Ölkədaxili siyasət, geniş təbəqələri düşündürən hansısa aktual məsələ ilə bağlı fikrini öyrənməyə çalışdığımız istənilən idman-futbol adamının ilk sözü bu olur: “məni bu məsələdən uzaq tut, heç nə bilmirəm, başımı bəlaya salma”. Ya da uzun-uzadı mədhiyyə, “bəy tərifi” söyləməyi lazın bilirlər. Ölkədaxili siyasət nədi, Venesuela prezidenti Nikolas Maduro ilə xanımı Siliya Floresin qaçırılmasından sual veririk, daş atıb başlarını tuturlar. Yəni belə çıxır ki, bu adamlar üçün özündən, cibindən, qazancından, çörəyindən başqa heç bir dünya, heç bir anlayış yoxdu! Qəbul etmək nə qədər çətin olsa da, ətdən-sümükdən ibarət adi bir varlıq, kütlədilər. Bax, adamı yandıran da budu.
Bu gün Azərbaycanda vətəndaş mövqeyi, ictimai fəallıq çatmır. Milyonların qəlbinə “palaza bürün, ellə sürün” prinsipi hakimdi. Heç kim önə çıxmaq, necə deyərlər, ilk zərbəni qəbul etmək istəmir. Halbuki böyük şair Məmməd Araz belə demişdi: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...”
ORXAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Yanvar 2026 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri