İran Donald Trampa suiqəsd etməyib və gələcəkdə də etməyəcək Pezeşkian AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
İran Prezidenti Məsud Pezeşkian İranın ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa sui-qəsd cəhdlərini təkzib edib.
Pezeşkian "NBC" kanalına müsahibəsində deyib ki, İslam Respublikası ABŞ-də prezident seçkiləri zamanı Donald Trampa sui-qəsd etməyib və gələcəkdə də etməyəcək.
Məlumata görə, müsahibədə Məsud Pezeşkian İranın ABŞ-nin indiki və ya keçmiş rəsmilərinə sui-qəsd cəhdində hər hansı əli olduğunu dərhal yalanlayıb. O, bildirib ki, bu, “İsrail və digər ölkələrin İran qorxusu yaratmaq məqsədi ilə həyata keçirdikləri cəhddir”.
Qeyd edək ki, bir müddət öncə ABŞ Ədliyyə Nazirliyi SEPAH-ın 51 yaşlı Əfqanıstan vətəndaşı Fərhad Şakeriyə Donald Trampa sui-qəsd planı hazırlamaq tapşırığını verdiyini açıqlayıb. ABŞ rəsmiləri bildiriblər ki, bu plan İranın 2020-ci ildə İraqda dron zərbəsi nəticəsində öldürülən SEPAH-ın Qüds qanadının komandanı Qasım Süleymaninin qisasını almaq səylərinin bir hissəsidir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 15 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















