Icma.az
close
up
RU
İran Fələstin dövlətinə niyə səs vermədi? Detallar

İran Fələstin dövlətinə niyə səs vermədi? Detallar

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İran İsraili bir dövlət kimi tanımadığı üçün Fələstinlə bağlı BMT-də keçirilən “ikidövlətli həll” məsələsinin müzakirəsinə qatılmayıb və ikidövlətli həllə səs verməyib.

Axar.az xəbər verir ki, bu arqumentə siyasi müşahidəçi Heydər Oğuz cavab verib.

“Belə çıxır ki, Tehran həqiqətən də Fələstin məsələsinin ikidövlətli həllində maraqlı deyil. Çünki İsraili bir dövlət kimi tanımır. Yəni İsrailin bütövlüklə Fələstinə verilməsini tələb edir.

İlk baxışdan İranın bu mövqeyi həqiqətən də fələstinlilərin lehinə görünür. Və hardasa haqlıdır da. Baxmayaraq ki, hətta Quran və digər müqəddəs kitablar Kənan adlanan ərazilərdə Allah tərəfindən yəhudilərə vəd olunmuş torpaqlardan bəhs edir. Məntiqlə, deməli, onların da Allahın bəxş etdiyi ərazilərdə yaşamaq hüququ var. Amma deyək ki, İran İslam Respublikası Quranın bəhs etdiyi bu əraziləri tamamilə başqa coğrafiyalarda axtarır. Ona görə də yəhudilərin indi ələ keçirdiyi ərazilərin fələstinlilərə verilməsini arzulayır.

Fəqət gəlin, razılaşaq ki, arzu tamamilə başqa şeydir, reallıq başqa şey. Fakt budur ki, tarixin heç bir anında hansısa ərazilərə xəyal qura-qura yox, savaşa-savaşa sahib ola bilərsən. Lakin apardığın savaş da nəticəyönümlü olmalıdır. Bu gün heç bir müsəlman ölkənin real şəkildə dəstəkləməyə cəsarət edə bilmədiyi Fələstin xalqı İsrailin, ABŞ-ın ən müasir silahları qarşısında soyqırımla üz-üzədir. Ərəb və digər müsəlman dövlətləri, o cümlədən İran da kənardan bu qətliamları izləyə-izləyə, ancaq özlərinin eşidə biləcəyi tonda bəyanatlar verə-verə, beynəlxalq toplantıları boykot edə-edə qapılarını da o zavallı insanların üzünə bağlayır, ov sahəsindən çıxmasını əngəlləyirlər. Bu mənada fələstinlilərin soyqırımında sionizmlə, demək olar ki, eyni cınayəti törədirlər. Zira həlli olmayan bir tənliyin çözümü üçün milyonlarla insanı qurban verməyə razı olmaq da soyqırımda iştirak deməkdir.

O ki qaldı sentyabrın 12-də BMT Baş Assambleyasında müzakirəyə çıxarılan ikidövlətli çözüm təklifinə, bu, heç də Fransa və Səudiyyə Ərəbistanının beyninin məhsulu deyil. Təklif bu ölkələr tərəfindən irəli sürülsə də, onun ortaya çıxma tarixi İsrailin təsis olunduğu 1947-ci ilə qədər uzanır.

II Dünya müharibəsindən sonra, konkret olaraq, 29 noyabr 1947-ci il tarixində BMT Baş Assambleyasında qəbul olunan 181 saylı Qərara görə, Fələstin torpaqları yəhudilərlə ərəblər arasında bölünməli idi. Ərazinin 56,47%-i yəhudi dövlətinə, 43,53%-nin isə ərəb dövlətinə veriləcəkdi. Fəqət bu ədalətsiz təklifə ərəb ölkələri haqlı olaraq qarşı çıxdılar. O gündən indiyədək dəfələrlə baş verən bütün Ərəb-İsrail savaşlarını ABŞ-ın dəstəyi ilə demək olar ki, İsrail qazandı. Sonunda 1990-cı illərdə SSRİ-nin dağılması ilə potensial himayədarını itirən və müsəlman dünyasının da bir işə yaramayacağını anlayan Fələstin Azadlıq Təşkilatı İsraillə savaşmağın faydasızlığını nəzərə alıb BMT-nin təklif etdiyi Planla razılaşmaq zorunda qaldı.

1993-cü ildə İsrail rəsmiləri ilə FAT lideri Yasir Ərəfat arasında Norveçin vasitəçiliyilə Osloda keçirilən danışıqlarda ikidövlətli çözümün konturları müəyyənləşdi. Bununla belə, Oslo prinsiplərini nə yəhudilər, nə də əksər fələstinlilər qəbul etdi. Beləcə, HƏMAS da fələstinlilərin və İran kimi müsəlman dövlətlərin bu etirazı əsasında yarandı və bu günə qədər İsrailə qarşı mübarizəyə rəhbərlik etmək xəttini tutdu.

2023-cü ilin 7 oktyabrında HƏMAS-ın keçirdiyi “Əqsa tufanı” əməliyyatı İsrailin Fələstini ərəbsizləşdirmə strategiyasının ən ümdə bəhanəsinə çevrildi. Əməliyyatdan sonra İsrail ordusu özünün indiyədək davam edən soyqırım siyasətini davam etdirir. Rəsmi Təl-Əviv faktiki olaraq Fələstini ərəblərdən təmizləmək istəyir, Fransa və Səudiyyə Ərəbistanı bu planın qarşısını almaq niyyəti ilə ikidövlətli çözüm təklifini yenidən gündəmə gətirib. Sözsüz ki, Səudiyyə Ərəbistanından fərqli olaraq, rəsmi Parisin bu məsələdə mövqeyi birmənalı deyil. O, İkinci Dünya savaşından sonra öz payına düşən bölgədə söz haqqını bərpa etməyə çalışır. Amma Fransanın bu planını yaxına buraxmaq istəməyən ABŞ və İsrail kimi dövlətlər təklifə qarşı çıxırlar. İran da baş tutmayacaq duaya amin deyərək, dolayısıyla ABŞ və İsrailin yanında yer alır.

Fələstində isə Qəzzada yaşayan 1.2 milyon insan İsrail ordusunun bombardmanı altında, həm də aclıqla imtahana çəkilirlər. Təl-Əviv Qəzzadan sonra İordan çayının sağ sahillərini də hədəfə alacağını gizlətmir. Bu durumda fələstinliləri ölümdən xilas edə biləcək yeganə yol var: İslam dövlətləri ya əllərinə silah alıb Fələstin uğrunda savaşmalı, ya da beynəlxalq ictimaiyyətə təzyiq göstərib onu ikidövlətli çözümə məcbur etməlidirlər. Fələstində hazırda mövcud olan reallıq budur. İsraili yəhudilərdən təmizləmək və tarixi Fələstini yenidən inşa etmək isə indiki situasiyada şirin xülyalardan başqa bir şey deyil.

Ən pisi isə odur ki, İsrail ikidövlətli çözüm variantından get-gedə uzaqlaşır. 1992-ci ildə İsrail parlamentinin hardasa yarısı bu planı dəstəkləyirdisə, 2022-ci ildəki seçkilərdən sonra mandat qazananlar arasında, demək olar, güzəşətə hazır olanların sayı barmaqla sayılacaq qədər azdır”, - ekspert qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri