İran Fransa səfirliyinin iki əməkdaşını ölkəyə buraxmayacaq
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İran ötən ay diplomatik mübahisənin mərkəzində yer alan Fransa səfirliyinin iki əməkdaşının ölkəyə qayıtmasını qadağan edib.
"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, həmin əməkdaşlar İran vətəndaş cəmiyyətinə dəstək fəaliyyəti ilə məşğul olaraq Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını pozublar.
"Bu şəxslərin vətəndaş cəmiyyətinin dəstəklənməsi ilə bağlı fəaliyyətlə məşğul olması iddiasının özü Vyana Konvensiyasının pozulmasının etirafıdır", - Bəqai həftəlik mətbuat konfransında bildirib.
Qeyd edək ki, iyul ayında İran Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündən sonra saxlamışdı.
Fransanın xarici işlər naziri Jan-Noel Barro ötən ay "France Inter"ə müsahibəsində bildirib ki, səfirliyin iki əməkdaşının vəzifəsi İran vətəndaş cəmiyyətinə, tələbələrə və incəsənət xadimlərinə dəstək proqramları hazırlamaq olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 17 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















