İran ilk dəfə olaraq etirazlar zamanı yetkinlik yaşına çatmayanların saxlanıldığını etiraf edib
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti İran parlamentinin üzvlərinin açıqlamalarına istinadən məlumat yayıb.
Parlamentin təhsil komitəsinin sədr müavini Fərşad İbrahimpur yarı-rəsmi İran Əmək Xəbər Agentliyinə bildirib ki, 18 yaşdan kiçik "bir sıra" tələbə saxlanılıb. Lakin o, onların dəqiq sayını və ya həbs müddətini açıqlamayıb.
"The New York Times"ın istinad etdiyi insan haqları təşkilatlarına görə, son həftələrdə ən azı 300 uşaq və yeniyetmə həbs olunub.
Bir müddət əvvəl İranın Milli Təhlükəsizlik Şurası etirazlar zamanı 3117 nəfərin öldüyünü bildirmişdi. Bu arada, müxalifətə bağlı "Iran International" veb saytı ölənlərin sayının 36 mindən çox olduğunu təxmin edir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 31 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















