Icma.az
close
up
RU
İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ

İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 min 269,6 ton kərə yağı istehsal edilib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır. İyulun 1-nə ölkədə 153,2 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,1 dəfə çoxdur. Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur. 

Əgər ehtitat 3 dəfə artıbsa, qiymət niyə hər gün bahalaşır? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, bu məlumat ziddiyyətlidir. Onun sözlərinə görə, bir tərəfdən qeyd olunur ki, kərə yağı istehsalı 4,3 faiz azalıb, digər tərəfdən isə ehtiyatların 3 dəfə artdığı bildirilir: 

"Azərbaycanda kərə yağı istehsalı həm arta, həm də azala bilər, lakin bu, qiymətlərin ucuzlaşmasına səbəb olmayacaq. Çünki ölkədə kərə yağı istehsalı minimum səviyyədədir və iqtisadi baxımdan səmərəli hesab edilmir. Məlumdur ki, 25 litr 3,6 faiz yağlı təzə süddən cəmi 1 kiloqram kərə yağı əldə olunur. 

Hazırda Bakıda 1 litr təzə inək südünün qiyməti 1 manat 50 qəpik, rayonlarda isə təxminən 1 manatdır. Hələ onun yağlılığını demirəm. Beləliklə, 25 litr süd 25 manata başa gəlir. Üstəlik, əmək sərf edib yağ hazırlama üçün 2-3 manat da əlavə etsək, 1 kiloqram təmiz kərə yağı təxminən 30 manata başa gəlir". 

Akif Nəsirli qeyd edib ki, ölkədə istehsal olunan kərə yağı əslində xaricdən gətirilən məhsulun emalı nəticəsində yaranır: 

"Azərbaycanda istehsal etmək sərfəli deyil, idxal daha səmərəli sayılır. Məsələn, İrandan gətirilən kərə yağının 1 kiloqramının gömrük qiyməti 8 manat 27 qəpikdir və 2024-cü ildə Azərbaycana ən çox kərə yağı idxal olunan ölkə İran olub. Bəs ölkədə istehsal olunan kərə yağı necə yaranır? 

Xaricdən, əsasən İrandan və digər ölkələrdən 50-100 kq-lıq qablaşdırmada kərə yağı gətirilir, sonra bu məhsul emal olunur, tərkibinə 20, 30, hətta 40 faiz palma yağı qatılır və qablaşdırılır. Bu da olur Azərbaycanda istehsal olunan kətə yağı. Əslində isə Azərbaycanda sənaye üsulu ilə təmiz kərə yağı istehsal olunmur". 

İqtisadçı vurğulayıb ki, kərə yağının qiyməti idxaldan və idxalçıların bazarda yaratdığı inhisarçılıqdan asılıdır: 

"Kərə yağının qiyməti əsasən idxaldan və idxalçıların inhisarçılığından adılıdır. İdxalçılar isə bazarda inhisar yaradır, kənar oyunçuların daxil olmasına imkan vermirlər. 

Məsələn, İrandan idxal edilən kərə yağı gömrükdən 8 manat 27 qəpiyə keçir, lakin Azərbaycan bazarının piştaxtasında qiyməti 18-20 manat arasında dəyişir. Yəni gömrük qiymətindən təxminən 2 dəfə baha satılır. 

Yeni Zelandiya yağı da təxminən 9 manata idxal olunur, amma bazarda 25 manatdan ucuz tapmaq olmur. Endirim olanda isə daha çox palma yağı qatılan məhsullar 20 manata satılır. Üstəlik, bəzi hallarda bu emal olunmuş kərə yağı Rusiya bazarına da ixrac edilir". 

O bildirib ki, ucuz xammalın əlavə olunması hesabına kərə yağının maya dəyəri aşağı salınır: 

"Kərə yağı 20 manatdır, palma yağının kq-ı 2 manata başa gəlir. Onunla kərə yağının qitmətini ucuzlaşdırırlar. Yəni Azərbaycanda daxili istehsalın və ya idxal ehtiyatlarının artması qiymətlərin ucuzlaşmasına gətirmir. Statistika Komitəsi də bu manipulyasiyanın bir hissəsinə çevrilir. 

Kim deyirsə ki, Azərbaycanda sənaye üsulu ilə təmiz kərə yağı istehsal olunur, mən buna inanmıram. Kimə şəxsi təsərrüfatında, ailəsi üçün təmiz yağı hazırlaya bilər. Amma hər hansı bir emal sexi açıb sənaye miqyasında təmiz kərə yağı istehsal edib və satışından qazanc əldə etmək real deyil". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: kərə yağı fırıldaq Akif Nəsirli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyul 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri