Icma.az
close
up
RU
“İran kömək istəyir” Politoloq Tehrandan edilən zəngi şərh etdi

“İran kömək istəyir” Politoloq Tehrandan edilən zəngi şərh etdi

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Ağır vəziyyətdə olan İran tərəfdaş ölkələrin Tehrana dəstəyini artırmasını istəyir. Məsələ burasındadır ki, İran rejimi yürütdüyü siyasətlə yalnız Qərb ölkələri ilə münasibətlərdə gərginlik yaşamır, qonşu ölkələrlə münasibətləri də normal deyil”.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki statusunda paylaşıb.

Politoloq bildirib ki, Tehran iki tərəfdaşı – Rusiya və Çindən daha fəal dəstək arzulayır: “İranın xarici işlər naziri Abbas Araqçının çinli həmkarı Van Yi ilə telefon danışığı məhz bu məqsəd daşıyırdı. Araqçı çinli həmkarına İranda baş verən son hadisələr barədə məlumat verib. Araqçının sözlərinə görə, İranda sabitlik bərpa edilib və dialoq üçün qapı açıqdır. Araqçı Çindən regionda sülh və stabilliyin təmin olunmasında daha fəal rol oynamağı gözlədiklərini qeyd edib. Van Yi cavab olaraq bildirib ki, Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə zor tətbiqinə qarşıdır. O əlavə edib ki, Çin bütün tərəflərin təmkinli olmasını və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməsini arzulayır. Çinli nazir vurğulayıb ki, ölkəsi bu prosesdə konstruktiv rol oynamağa hazırdır”.
Elxan Şahinoğlu qeyd edib ki, Pekin ABŞ-nin İranın daxili işlərinə müdaxiləsinə qarşı olduğunu bir daha bəyan edib: “Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib ki, Pekin ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıdır. Və Tehranın milli sabitliyin təmin olunması səylərini dəstəkləyir. Oxşar açıqlamalar Kremldən də səsləndirilib”.
Politoloqun sözlərinə görə, ABŞ Venesuelanı nəzarətə götürdükdə Rusiya və Çin buna qarşı çıxsalar da, prosesə mane ola bilmədilər: “İrandakı rejim Moskva və Pekinin İrana münasibətdə də eyni siyasətdən çıxış edəcəyindən narahatdır. Doğrudur, Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb olacaq. Ancaq Venesuelladan fərqli olaraq İranda dəyişikliklər daxildən başlayarsa və buna ABŞ da dəstək verərsə, Moskva və Pekinin prosesə müdaxilə imkanları çox olmayacaq. Bunu Tehranda da anlayırlar. Təsadüfi deyil ki, İsrail və ABŞ İranın hərbi mərkəzlərini raket atəşinə tuttuqda Prezidenti Məsud Pezeşkian ölkəsinin müttəfiqlərindən kifayət qədər dəstək almadığını söyləmişdi. İran Prezidenti ölkə adı çəkməsə də Rusiya və Çinə işarə edirdi”.
“Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, müxtəlif bölgələrdə baş verənlərə reaksiya üçün resursları kifayət deyil. Çin isə Venesuella və İrana görə ABŞ-la münasibətləri indikindən daha da çətin vəziyyətə salmaq istəmir. ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı əlavə 25 faizlik gömrük tariflərini tətbiq etməsini açıqlaması Çin iqtisadiyyatına əlavə problemlər yarada bilər. Çin lideri Si Cinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada görüşdüyü ABŞ Prezidenti Donald Trampla ticarət barışığı əldə edib. Si Cinpin həmin barışığı İrana görə pozmayacaq”, – Elxan Şahinoğlu paylaşımını yekunlaşdırıb.
Gülsüm, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Yanvar 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri