Icma.az
close
up
RU
“İran məsələsi” üçün məsləhətləşmələr başlayır

“İran məsələsi” üçün məsləhətləşmələr başlayır

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin yüksək səviyyəli nümayəndə heyəti gələn həftənin əvvəlində İranın nüvə proqramı ilə bağlı strateji məsləhətləşmələr aparmaq üçün Ağ Evə səfər edəcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə martın 20-də mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.

“İsrail nümayəndə heyətinə Baş nazir Benyamin Netanyahunun strateji məsələlər üzrə naziri Ron Dermer və milli təhlükəsizlik üzrə müşaviri Tzaçi Hanegbinin aparıcı müşavirləri başçılıq edəcəklər”, - nəşr yazır.

Qeyd olunur ki, nümayəndə heyətinin tərkibində Milli Təhlükəsizlik Şurasının, hərbçilərin, MOSSAD-ın, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Atom Enerjisi Komissiyasının yüksək rütbəli nümayəndələri də olacaq.

Onların ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsun rəhbərlik etdiyi Amerika komandası, Dövlət Departamenti, Pentaqon və ABŞ kəşfiyyat ictimaiyyətinin nümayəndələri ilə görüşləri gözlənilir.

Martın 7-də ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneyiyə respublikanın nüvə proqramı ilə bağlı danışıqların aparılması təklifi ilə məktub göndərdiyini bildirib. O, həmçinin əlavə edib ki, Vaşinqton İranın nüvə probleminin həm hərbi, həm də diplomatik həll yollarını nəzərdən keçirir, lakin Ağ Ev danışıqlara üstünlük verir.

Xameneyi öz növbəsində Tehranın Vaşinqtonla danışıqlardan imtina etdiyini bildirib. O qeyd edib ki, Ağ Ev problemləri həll etmək əvəzinə respublikaya öz maraqlarını sırımağa çalışır. Buna cavab olaraq Amerika lideri bildirib ki, ABŞ-nin İranla nüvə proqramı ilə bağlı müqavilə bağlaması üçün vaxt daralır.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Mart 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see304

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see241

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see236

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see230

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see230

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see229

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see227

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see200

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see199

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see186

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see167

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see165

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see165

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see165

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see162

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see162

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see161

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see161

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see157

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri