Icma.az
close
up
RU
İran niyə nüvə proqramında təkid edir?

İran niyə nüvə proqramında təkid edir?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Qan Turalı yazır...

Xəbər selinin içində üzdüyümüz bir vaxtda mövcud prosesləri anlamaq üçün nəfəs dərməyə və tarixə nəzər salmağa zəruri şəkildə ehtiyacımız var. Bu kontekstdə İranın nüvə proqramı diqqəti cəlb edən ən ümdə məsələdir.

İranın nüvə proqramı heç də bu günün məsələsi deyil. Belə ki, İran enerji məqsədi ilə nüvə proqramına 1957-ci ildə ABŞ-nin dəstəyi ilə başlamışdı. Bu cümlə, bu fakt indi az qala xəyal, ilğım və ya sərab kimi görünür. Eyzenhauerin prezidentliyi dövründə, soyuq savaşın ilk illərində İran "Sülh üçün atom" ("Atoms for Peace) İrana nüvə texnologiyası verildi. Tehranda Araşdırma Reaktorunda fəaliyyət göstərən beş meqavatlıq nüvə reaktoru ABŞ-nin İrana hədiyyəsi idi.

1967-ci ildən fəaliyyətə başlayan bu reaktor 93 faiz zənginləşdirilən uranla fəaliyyətə başladı. Daha sonra uranın faizi 20-yə salındı. Uran ABŞ tərəfindən təmin edilirdi.

Hazırda, İran uranı 60 faizə qədər zənginləşdirə bilib. Ancaq nüvə silahı əldə etmək üçün uranın 90 faizdən daha artıq dərəcədə zənginləşdirilməsi vacibdir. Mülki məqsədlər, enerji əldə etmək üçün isə nüvənin cəmi 3-5 faiz zənginləşdirilməsi kifayətdir. Uranın zənginləşdirilməsi dedikdə U-238 izotopunun miqdarını azaldıb, U-235 izotopunun miqdarını artırmaq və bununla da uranın nüvə reaksiyalarını daha effektiv hala gətirmək nəzərdə tutulur.

İran İslam İnqilabına qədər İranın nüvə sahəsində ABŞ və Avropa ölkələri ilə əməkdaşlığı davam edirdi. Ancaq Rza şahın devrilməsindən sonra bütün planlar dəyişdi. O zamana qədər ABŞ-nin Yaxın Şərqdə ən böyük müttəfiqi olan İran bir anda ABŞ-nin bir nömrəli düşməninə çevrildi. Nüvə reaktoru üçün uran və reaktorun ehtiyat hissələrini bu dəfə İran SSRİ-dən almağa başladı. Ancaq bu yardım ABŞ-nin yardımından olduqca kiçik və məhdud xarakter daşıyırdı. Tehran Araşdırma Reaktoru kiçik miqyasda və daha çox elmi araşdırmalar üçün işləyirdi.

İran "Nüvə silahlarının yayılmaması haqqında müqavilə"ni imzalayıb. Bu da o deməkdir ki, İran nüvə silahını əldə etməməklə bağlı beynəlxalq öhdəlik götürüb. İsrail isə bu müqaviləni imzalamayıb. İranın Ali Rəhbəri Əli Xamanei 2005-ci ildə verdiyi bir fətva ilə nüvə silahının istehsalının islama zidd, yəni haram olduğunu birmənalı şəkildə bildirmişdi. Buna görə İran xarici işlər nazirinin nüvə silahından imtina ilə bağlı sazişi imzalamağa hazır olduğu barədə bir neçə gün əvvəl verdiyi bəyanat İranın geriyə addım atması kimi qiymətləndirilə bilməz. Bu mövqeyi İran daim nümayiş etdirir. Ancaq ABŞ və İsrail başda olmaqla İranın nüvə proqramının dinc məqsədlərə xidmət etdiyinə inanmır və həyəcan təbili çalır.

2000-ci illərin beynəlxalq müfəttişlər Natanzda İranın uranı yüksək səviyyədə zənginləşdirdiyini elan etdilər. İran uran zənginləşdirməsindən müvəqqəti şəkildə imtina etsə də daha sonra zənginləşdirməni yenidən bərpa etdi. Bundan sonra İrana qarşı sanksiyalar və embarqolar tətbiq edildi.

2015-ci ildə Vyanada imzalanan sazişə görə İran nüvəni zənginləşdirmə faizinin 3.67 faizə salınması, uran miqdarının azaldılması, uranı zənginləşdirən sentrifuqa cihazlarının mərhələli şəkildə azaldılmasını və bunun əvəzində İrana qoyulan beynəlxalq embarqoların yumşaldılmasını nəzərdə tuturdu. Obamanın prezidentliyi dövründə imzalanan bu müqavilə Trampın prezident olmağı ilə başa çatdı. Belə ki, ABŞ birtərəfli qaydada müqavilədən çıxdı və İrana qarşı yeni embarqolar tətbiq etdi.

2023-cü ildə Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uran 83.7 faiz zənginləşdirdiyini və 128.3 kiloqram uran ehtiyatı olduğunu bildirdi. Agentliyin keçən ay yaydığı hesabatda görə uran ehtiyatı 408 kiloqram həcmində göstərilir. Hesabat bu miqdarda uranın 9 nüvə silahı üçün kifayət etdiyini təxmin edir.

İranın uranı bu qədər zənginləşdirməsinin elmi və texniki səbəbləri də mövcuddur. Ancaq ABŞ və İsrail İranın nüvə silahı yaratmaq istədiyini düşünürlər. Açığı, xüsusilə də ABŞ-nin nüvə müqaviləsindən birmənalı şəkildə çıxması, İranla hədə-qorxu dilində danışması, diplomatiyadan imtina edərək militarist mövqe tutması İranın nüvə silahı əldə etmək istəyi olmasa belə onun belə bir istəyə düşməsini şərtləndirir. 2003-cü ildə "Nüvə silahlarının yayılmaması haqqında müqavilə"dən çıxan Şimali Koreya 2006-cı ildə ilk nüvə sınağını həyata keçirtdi. Bu mənada ABŞ-nin və müttəfiqlərinin siyasəti heç də effektiv və optimal deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyun 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see254

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see227

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see219

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see198

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see196

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see191

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see190

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see185

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see183

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see183

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see180

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see177

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see176

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see172

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

10 İyun 2026 05:50see170

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

10 İyun 2026 06:02see166

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see159

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see155

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see153

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri