Icma.az
close
up
RU
İran nüvə alimlərinin Rusiyaya məxfi səfəri Sankt Peterburqda nə müzakirə olunub?

İran nüvə alimlərinin Rusiyaya məxfi səfəri Sankt Peterburqda nə müzakirə olunub?

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İran alimləri və nüvə mütəxəssisləri Rusiyaya ikinci gizli səfərlərini ediblər. ABŞ iddia edir ki, bu səfər nüvə silahlarında istifadə edilə bilən məxfi texnologiyalar əldə etmək məqsədi daşıyır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin araşdırma sənədlərinə əsasən verdiyi məlumata görə, səfər Rusiya hərbi tədqiqat institutları və müəssisələri ilə Müdafiə Tədqiqatları və İnnovasiya Təşkilatı (SPND) arasında mübadilənin bir hissəsi idi. Qəzet korporativ hesabatlar, sanksiya siyahıları, sızdırılmış səyahət qeydləri və digər sənədlərdən istifadə edərək onların həqiqiliyini təsdiqləyib. ABŞ-nin məlumatına görə, SPND İran silahlı qüvvələri ilə əlaqəlidir və nüvə silahları tədqiqatlarına nəzarət edir.

Nəşr qeyd edir ki, İran və Rusiya mütəxəssisləri arasında görüşlər Moskvanın nüvə silahları ilə bağlı potensial biliklər üzrə Tehranla əməkdaşlıq etmək istəyinin göstəricisidir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Cim Lamsonun sözlərinə görə, mövcud dəlillər göstərir ki, ötən il Tehranın müdafiə sənayesi ilə əlaqəli mütəxəssislər Rusiyada "nüvə silahlarının konstruksiyalarını sınaqdan keçirmədən yoxlamağa kömək edə biləcək lazer texnologiyası və təcrübə axtarırdılar".

İran daim nüvə proqramının yalnız dinc məqsədlər üçün olduğunu iddia edir. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi iyun ayında qeyd etdi ki, onun təşkilatının İranın nüvə silahı istehsal etməyə çalışdığına dair qəti dəlilləri yoxdur, lakin İranın bu məsələdə yaratdığı qeyri-müəyyənlik "həmişə pis əlamətdir". Qrossi o vaxt bildirmişdi ki, dünyanın heç bir ölkəsi uranı İran kimi 60%-ə qədər zənginləşdirmir ki, bu da texniki cəhətdən demək olar 90%-ə, yəni, nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə uyğundur.

İsrail əmindir ki, İran atom bombasını işə salmaq üçün zəruri tədqiqatlara, yəni onun partlamasını təmin edəcək qoruyucular hazırlamağa başlayıb. Təl-Əviv may ayında ABŞ-ni bu barədə xəbərdar etmiş və bu əsasda iyun ayında İranın nüvə obyektlərini bombalamağa başlamışdı.

Qəzet qeyd edir ki, İran şirkəti DamavandTec, 2024-cü ilin noyabr ayında bir qrup İran lazer mütəxəssisləri üçün Sankt-Peterburqa səfər təşkil etmişdi. Orada onlar həm mülki, həm də məxfi hərbi tətbiqlər üçün lazer texnologiyaları hazırlayan “Laser Systems” şirkətinin nümayəndələri ilə görüşüblər. “Laser Systems” isə ABŞ sanksiyaları altındadır. Karnegi Beynəlxalq Sülh Fondunun Nüvə Siyasəti Proqramının əməkdaşı Nikol Qrayevski deyib ki, İran və Rusiya mütəxəssisləri arasında keçirilən görüşlər "Rusiyanın İrana nüvə silahları tədqiqatlarında kömək etdiyinə və dövlətlə əlaqəli Rusiya qurumlarının ikili məqsədli texnologiyalar və bilik ötürülməsi təmin etdiyinə dair güclü sübutdur".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri